image-2000x150
image-1backend

Toyda atəş açan şəxslər saxlanıldı – FOTO

image-728x90

Rusiyanın Surqut vilayətində bir qrup şəxs həyətdə atəş açmağa başlayıb.

Ulusal.az xəbər verir ki, bu barədə ura.ru saytı yazır.

Hadisə yerli sakinlərin hüquq-mühafizə orqanlarına müraciətindən və toyda tapançadan atəş açılmasından şikayət etdikdən sonra məlum olub. Hadisə yerindən çəkilmiş kadrlarda kişilərin həyətdə maşının yanında necə dayandığını və onlardan birinin tapançanı havaya qaldırdığını görmək olar.

Regional Daxili İşlər Nazirliyinin əməkdaşları jurnalistlərə açıqlamasında bildiriblər ki, artıq həmin şəxslərin kimliyi müəyyən edilib.

Hazırda hüquq-mühafizə orqanları hadisədə əli olanların məsuliyyətə cəlb edilib-edilməməsinə qərar verir. Qanuna görə, bu cür hallara görə qanunu pozanların üzləşdiyi minimum məbləğ cərimədir.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90