Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı “TV Müsavat” kanalının efirində Suriya, Ukrayna və Gürcüstanda baş verən hadisələrlə bağlı fikirlərini bildirib.

Yenicag.az xəbər verir ki, millət vəkili Suriyada davam edən proseslərin regional geosiyasi tarazlığa ciddi təsir göstərdiyini qeyd edib. O, xüsusilə Rusiyanın bölgədəki əsas oyunçu rolunu vurğulayaraq, bu ölkənin həm Suriya münaqişəsində, həm də regionun digər problemlərində birbaşa iştirakçı olduğunu bildirib.

T. Rüstəmxanlı həmçinin Gürcüstanda keçirilən etiraz aksiyalarına toxunaraq, bu hadisələrin Cənubi Qafqaza təsirlərini vurğulayıb. Bundan əlavə, Rusiyanın Ukrayna müharibəsindəki addımlarından söz açan deputat əlavə edib ki, proseslər yanvar ayından sonra dəyişəcək.

Daha ətraflı videomaterialda: