image-rt-reklam
image-3backend

SEPARATÇILARIN YENİ QURDUQLARI HƏRBİ MÖVQELƏRİN PEYK GÖRÜNTÜLƏRİ YAYILDI – VİDEO

image-728x90

Erməni separatçıları Qarabağda öz qanunsuz hərbi fəaliyyətlərini 44 günlük müharibədən sonra da davam etdiriblər.

Belə ki, sosial şəbəkələrdə sözügedən qanunsuz hərbi fəaliyyətləri açıq şəkildə ortaya qoyan kadrlar yayılıb.

Kadrlardan görünür ki, erməni separatçıları 2020-ci ildə heç bir hərbi infrastruktur olmayan ərazidə sonradan yeni mövqelər inşa ediblər və silah sistemləri yerləşdiriblər. Sözügedən mövqelər Azərbaycan tərəfindən “Laçın” sərhəd-buraxılış məntəqəsi yaradılmamışdan əvvəl qurulub.

Həmçinin kadrlarda Xankəndi istiqamətində müharibədən sonra yeni qurulmuş mövqelər də öz əksini tapıb. (Mənbə: “Qarabağ Open Data”)

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90