image-rt-reklam
image-34609bdc167405334663309367610407830-1backend

Səbinə Xasayeva Puta qəsəbəsində bir qrup vətəndaşı qəbul edib – FOTO

image-728x90

2023-cü il yanvarın 18-də 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi üzrə deputat Səbinə Xasayeva Qaradağ rayonunun Puta bələdiyyəsinin inzibati binasında bir qrup vətəndaşı fərdi qaydada qəbul edərək onların problemlərini dinləyib.

Ulusal.az xəbər verir ki, qəbula gələnlər qəsəbədə fərdi evlərin sənədləşdirilməsinə, məhəllədaxili yollara asfalt örtüyünün çəkilməsinə və işıqlandırılmasına, yeni aptekin tikintisinin sürətləndirilməsinə, 126 nömrəli marşrutun fəaliyyətinin yaxşılaşdırılmasına, əhalinin asudə vaxtının səmərəli keçirilməsi üçün qəsəbədə parkın qurulmasına, kitabxana və mədəniyyət evinin tikintisinə, eyni zamanda, 184 nömrəli tam orta məktəbdə təhsil alan şagirdlərin sayının normadan xeyli artıq olmasını nəzərə alaraq məktəb üçün əlavə korpusun tikintisinə, qəsəbədə narkomaniyaya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin gücləndirilməsinə, aztəminatlı ailələrin sosial rifahını yüksəltmək məqsədilə sosial siyasət sahəsində özünüməşğulluq proqramına cəlb olunmalarına, yeni iş yerlərinin yaradılmasına,işsizliyə görə ünvanlı dövlət sosial yardım almaq hüququnun təyin edilməsinə və işə qəbul olunmalarına köməklik göstərilməsni xahiş ediblər.
Müvafiq qurumlara təqdim edilmək məqsədilə vətəndaşların müraciətləri millət vəkili Səbinə Xasayeva tərəfindən nəzarətə götürülüb.

Qəbulda Qaradağ rayon icra hakimiyyəti başçisinin Puta qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Ayaz Dünyamalıyev və Qaradağ rayon Puta bələdiyyəsinin sədri Emin Ramazanlı iştirak ediblər.

image-ee1abc6b167405334618638145010278659 image-06fb3cba16740533469580945641099677 image-1e5186bc167405334644039484110919438 image-34609bdc167405334663309367610407830-1 image-dfd7468a167405334634755345010822749 image-7a68443f167405334626657914810637370 image-7283518d167405334649451469810836539 image-34609bdc167405334663309367610407830 image-aff82e88167405333411664872210301254

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90