image-2000x150
image-_124069035_847f698b-3860-428d-88e1-9a9a55a7e1b7backend

Şarl Mişelin Azərbaycana verdiyi “qızıl zəmanət” – Brüssel görüşünün detallar

image-728x90

“Brüssel görüşü haqqında danışırıqsa, öncəliklə bunu Brüssel formatı çərçivəsində növbəti mərhələ kimi dəyərləndirməli və bu istiqamətdə şərh etməliyik. Son iki il altı ayda müxtəlif formatlarda keçirilən görüşlərdə cəmi bir siyasi razılaşma mümkün olub ki, bu da iki ölkə arasında qarşılıqlı ərazilərin tanınmasıyla yadda qalmışdı”.

Bu sözləri Publika.az-a açıqlamasında politoloq Yeganə Hacıyeva deyib.

Politoloqun fikrincə, razılaşmadan sonrakı mərhələdə isə Fransanın iştirakı, hətta birbaşa müdaxiləsindən sonra Avropa Birliyi danışıqlarda inamı itirmişdi:

“Çünki Fransa Avropa Birliyinin bütün səylərini özünün Cənubi Qafqazda yerləşməsi və Ermənistana dəstək verməsi istiqamətində səfərbər etmişdi və bu məqsədlə də səylərini davam etdirir. Bu da yekun olaraq Avropa Birliyinin məhz çoxluqda fransız hərbçiləri olan “mülki” missiyasının Cənubi Qafqazda, Azərbaycanla sərhəd olan Ermənistan ərazisində yerləşməsi ilə nəticələndi”.

Y.Hacıyevanın sözlərinə görə, sonrakı mərhələdə məhz bu mülki missiyanın rəhbərinin Avropa mediasına verdiyi müsahibələrdən sonra Aİ ilə Azərbaycan arasındakı danışıqlarda etimad zədələndi:

“Çünki Avropa Birliyi ikinci dəfə mülki missiyanı göndərəndə Azərbaycanla məsləhətləşmədən, təktərəfli qaydada xəbərsiz qərar qəbul etmişdi. Bu, əslində 2022-ci ildə və ümumilikdə 44 günlük müharibdən sonra Fransanın Aİ , BMT, AŞ və ATƏT çərçivəsində Azərbaycan əleyhinə atdığı silsilə addımlarda bir bənd idi”.

Politoloq bildirib ki, ATƏT-də qərar qəbuletmədə ümumi reqlament belədir ki, qərarlar hamının iştirakı ilə razılıq və ən pis halda konsensus razılaşma ilə qəbul olmalıdır. Bir sözlə, hər iki halda hamının iştirakı mütləqdir:

“Ermənistana mülki missiyanın göndərilməsi ilə bağlı qərarın heç kimin iştirakı olmadan, təktərəfli qaydada həyata keçirilməsi ATƏT-dən gələn mülki missiya kimi deyil, Ermənistanın ATƏT-dəki dostlarının səfəri kimi qəbul olundu. Bu da növbəti dəfə Azərbaycanla Aİ arasında münasibətləri , güvəni zədələdi.

Ümumilikdə isə prosesin içində Paris özünün Aİ-dəki nüfuzunu zədələdi. Çünki Parisin Aİ adından istifadə etməklə danışıqlarda öz mövqeyini möhkəmləndirməsi və nəticədə Cənubi Qafqaz regionunda Aİ maraqlarının əleyhinə fəaliyyəti faktı ilə üz-üzə qaldı və bu da yüksək səviyyədə elan edildi”.

Y.Hacıyeva deyib ki, 14 may görüşündə “Brüssel formatı” əsasında bir neçə razılaşma oldu:

“Bu razılaşmalardan biri də odur ki, Ermənistan Qarabağın Azərbaycan ərazisi olmasını tanıdı. İlk dəfə keçən ilin oktyabr ayında AB-nin moderatorluğu ilə Praqa görüşündə tanımışdı. Bu dəfə isə birbaşa rəqəmlə tanıdı, çünki həmişə Qarabağ mövzusunda orada spekulyasiyalar olurdu. Görüşdə Laçın yolu ilə bağlı heç bir yanaşma olmadı. Paralel olaraq çox vacib məqam isə hərbi əsirlər və itkin düşmüş şəxslərlə bağlıdır.

90-cı illərdən başlayaraq Azərbaycanın dörd mindən çox vətəndaşı haqqında Ermənistan heç bir məlumat verməyib. Bizim dörd minə yaxın vətəndaşımızın aqibəti ilə bağlı onların ailəsinin və ümumiyyətlə Azərbaycan dövlətinin məlumat almaq hüququ var və Ermənistan da buna cavab verməlidir”.

Politoloq qeyd edib ki, bu məsələ ümumiyyətlə Ermənistanın müharibə cinayəti kimi ciddi qəbul ediləcək və məhkəmələrə, beynəlxalq instansiyalara müraciət olunacaq:

“Həmçinin bu görüşdə minalanmış ərazilər mövzusu, Ermənistanın məsuliyyəti və hüquqi təqibi məsələsi müzakirə olundu. Minalanmış ərazilərin xəritəsi sadəcə 44 günlük Vətən müharibəsindən sonrakı mərhələdə deyil, həm də ondan öncəki mərhələyə aiddir. Bir sözlə, bu görüşü Azərbaycanla Avropa Birliyi arasında münasibətlər aydınlaşması kimi dəyərləndirə bilərik”.

Politoloqun sözlərinə görə, Aİ prezidentinin çıxışları birmənalı olaraq Aİ-nin Azərbaycana ehtiyacı olması kimi ifadə olundu:

“Aİ-nin bu yanaşması ümumilikdə Avropa Birliyi adına Fransanın və digərlərinin növbəti mərhələdə prosesdən kənarlaşdırılması kimi mövqeyi möhkəmləndirdi. Belə ki, rəsmən etiraf etməsələr də, Almaniya və Fransanın danışıqlara cəlb olunması istəyinin yaratdığı narahatlıqla bağlı açıqlamalar verildi. Xüsusi qeyd edim ki, 2 il 6 ay ərzində iki siyasi qərar alınıb. Bunların hər ikisi də “Brüssel formatı”ndadır. Bu səbəbdən də, biz sözügedən görüşdən razıyıq.

Şarl Mişelin Aİ çərçivəsində Fransanın Azərbaycana qarşı xoşagəlməz addımlarının bir daha təkrarlanmayacağı yönündə verdiyi “qızıl zəmanət”ə görə bu formatdan razı qaldıq”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90