image-rt-reklam
image-1694947130_photo_5204336856567762273_ybackend

Sağlam Qidalanma və Qida Təhlükəsizliyi 2-ci Respublika Forumu keçirildi – FOTO

image-728x90

Sentyabrın 16-da  2023-cü il tarixdə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi, “Gənclərin Töhfəsi” İctimai Birliyinin təşkilatçılığı, “Azərbaycan-Türkiyə” Qida Təhlükəsizliyi İctimai Birliyi və “Push30” şirkətinin tərəfdaşlığı ilə “Sağlam Qidalanma və Qida Təhlükəsizliyi 2-ci Respublika Forumu” keçirilib.

Forum dövlət himni ilə açıq elan olunub və ərazi bütövlüyümüz uğrunda canlarından keçən oğullarımızın ruhu bir dəqiqəlik sükutla yad edilib.

Layihə rəhbəri, “Gənclərin Töhfəsi” İctimai Birliyinin icraçı direktoru, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova çıxış edərək bildirib ki, forumun keçirilməsində əsas məqsəd dövlət, QHT, media və gəncləri bir araya gətirərək insanların, xüsusən də yeniyetmə və gənclərin zərərli vərdişlər və qeyri sağlam şəkildə qidalanmanın səbəb olduğu təhlükəli xəstəliklərdən, gəncləşən ölümlərdən xilas olmaq üçün zərərli vərdişlərdən çəkindirmək, mübarizə imkanları, sağlam qidalanma və düzgün həyat tərzilə əlaqədar olaraq geniş şəkildə maarifləndirmə işini aparmaqdan ibarətdir.

Həmçinin layihə çərçivəsində hazırlanmış “İslamda Qida Mədəniyyəti” kitabı və E-kod qida qatqı maddələri mobil tətbiqini təqdim edib.Daha sonra “Gənclərin Töhfəsi” İctimai Birliyinin sədri, sağlam qida təbliğatçısı Asim Vəliyev forum çərçivəsində hazırlanmış www.saglamqida.az saytını və “Qida Təhlükəsizliyi Hərəkatının 0558000576 whatsap qaynar xətti”nin təqdimatını edib.
Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru, “İslamda Qida Mədəniyyəti” adlı kitabın rəyçisi Mehman İsmayılov çıxış edərək İslam peyğəmbərinin sağlam qidalanma barədə tövsiyələrini iştirakçıların diqqətinə çatdırıb.

Millət vəkili Vüqar İskəndərov çıxış edərək, dövlətimizin qida təhlükəsizliyi sahəsində gördüyü işlər barədə danışıb və vətəndaş cəmiyyəti institutlarının maarifləndirmə işində yaxından iştirakını yüksək qiymətləndirdiyini bildirib.

Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni çıxış edərək vətəndaş cəmiyyəti institutlarının qida təhlükəsizliyinin təmin olunmasında ictimai nəzarəti təşkil etməsinin önəmini vurğulayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyinin Qorunması Xidmətinin şöbə müdiri Elnur İbrahimov çıxış edərək forumun işinə uğurlar arzu edib.

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun şöbə müdiri Qumru Hüseynova qida təhlükəsizliyi istiqamətində görülən işlərdən və qida zəncirinin mərhələləri barədə məlumat verib.

Türkiyənin Azərbaycandakı Səfirliyinin mətbuat müşaviri Hüseyn Altınalan çıxış edərək qida təhlükəsizliyi sahəsində qardaş ölkələrinin birgə təcrübə mübadiləsinin artırılmasının və ölkə əhalisinin təhlükəsiz qida ilə təmin olunmasının vacibliyini vurğulayıb.

Azərbaycan İlahiyyat İnstitutunun islamşünaslıq kafedrasının müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Əhməd Niyazov forum çərçivəsində nəşr olunan “İslamda Qida Mədəniyyəti” adlı kitabın Azərbaycanda bu mövzuda yazılan ilk kitab olduğunu və qaynaq rolu oynayacağını bildirib.
Daha sonra Ekoloji maarifçilik və monitorinq İB sədri Qəmzə Yusubova ekologiyanın sağlamlıqda rolu və qida təhlükəsizliyinin vacibliyindən danışıb.

Fasilədən sonra tədbir “Sağlam Qidalanma” və “Qida Təhlükəsizliyi” olaraq panel müzakirələrlə davam edib. “Qida Təhlükəsizliyi” panelində Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov “İstehlakçı hüquqlarının qorunması” mövzusunda, Funksional tibb həkimi, Antiage – həkim dietoloq Şumarə Qaracayeva “Qida əlavələrinin sağlamlığa təsiri” mövzusunda, “Qida Təhlükəsizliyi” panelində qida məsələləri üzrə baş mütəxəssis Ağa Salamov “Qida məhsullarının İİM-də və ev şəraitində emalı, saxlanması, bişirilməsi, soyudulması və təqdimatı” mövzusunda, AHƏNG PRİM-in rəhbəri, psixoloq Vüsalə Əmiraslanova “Müasir qidaların insan psixologiyasına təsiri” mövzusunda çıxış etdilər. Daha sonra tədbir iştirakçıların sual-cavabı ilə davam edib.

Forum çərçivəsində qida təhlükəsizliyi sahəsində ictimai nəzarətin gücləndirilməsi və maarifləndirmə işinin daha səmərəli şəkildə aparılması istiqamətində təkliflər toplanaraq növbəti illər üçün fəaliyyət planına əlavə olunacaq. Sonda bütün iştirakçılara sertifikat və “İslamda Qida Mədəniyyəti” adlı kitab paylanıb.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90