image-rt-reklam
image-2backend

RUSİYADA MEYVƏ SATAN MİQRANTLARI QARƏT ETMƏYƏ BAŞLADILAR – Polislə birgə + VİDEO

image-728x90

Rusiyada keçmiş SSRİ respublikalarından olan əcnəbilərə qarşı qanunsuzluqlar görünməmiş həddə çatıb.

Yekaterinburqda bir qrup rus millətçisi polis, və hərbi komissarlıq əməkdaşlarının dəstəyi ilə meyvə-tərəvəz satan miqrantlara qarşı “reyd” keçiriblər. Açıq qarət xarakteri daşıyan “reyd” zamanı həmin şəxslərin malları əllərindən alınıb, özləri isə naməlum istiqamətdə aparılıblar. Hadisə şəhərin Pexotintsev küçəsində baş verib.

Mətbuat yazır ki, doqquz ticarətçi saxlanılıb, bundan sonra yoldan keçən rusiyalı yerli sakinlər, “böyük, varlı və yenilməz Rusiyanın” vətəndaşları nəzarətsiz qalan malları talan etməyə başlayıblar. Bu videogörüntülər sosial şəbəkələrdə böyük əks-səda doğurub.

Bir qədər sonra rəsmi qurumlara istinadla yayımlanan xəbərdə qeyd olunur ki, ticarətçilərdən biri Rusiyada qalma müddəti başa çatdığı üçün saxlanılıb. Qalanları üçün qeyri-qanuni ticarətlə bağlı protokollar tərtib edilib.

Reyddə rəsmi şəxslərlə yanaşı, Ukraynadakı müharibəni dəstəkləyən və miqrantlara qarşı çıxan “Rusiya İcması” adlı millətçi hərəkatın “drujinnik”ləri iştirak edib. Meyvə-tərəvəzi müftə daşıyan sakinlər bildiriblər ki, həmin “drujinnik”lər onlara hər şeyi götürə biləcəklərini deyiblər.

Yaxınlıqda dayanan polislər jurnalistlərin bütün bunların nə dərəcədə qanunauyğun olması ilə bağlı sualını cavablandırarkən “Bəli, bu normaldır” deyiblər.

Xatırladaq ki, bir müddət əvvəl Vladimir Putin polisin məhkəmə qərarı olmadan miqrantları Rusiyadan qovmasına icazə verən sənəd imzalayıb.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90