image-2000x150
image-5e21685a-56fa-4836-98fb-1526b133f844backend

Rusiya-Ukrayna müharibəsinin  ümumi geosiyasi vəziyyətə təsiri

image-728x90

İlk öncə Rusiya-Ukrayna müharibəsinə nəzər salaq. Müharibə necə başladı hansı səbəblər müharibənin yaratdı?
2022-ci il fevral ayının 24-də başlayanİkinci Dünya müharibəsindən sonra Avropa ərazisində baş vermiş ən geniş miqyaslı müharibə Rusiyanın Ukraynaya hərbi müdaxiləsi hesab olunur.
Ancaq  bu müharibənin “əsas xüsusiyyəti” kimi onun Qərblə Rusiya arasında mandat müharibəsinə çevrilməsi göstərilə bilər.
NATO hələ müharibədən əvvəl elan etmişdi ki, Ukraynaya əsgər göndərməmiş olsa da , Rusiya ordusunun hücumu qarşısında Ukrayna müdafiəçilərini hər növ silah və sursatla təmin etdi. Bununla da faktiki olaraq Əfqanıstanda SSRİ-yə qarşı aparılan kampaniyanı  yenidən təkrarlamış oldu.
Ukraynaya hücum Rusiya üçün və ümumilikdə Ukrayna münaqişəsi ilə bağlı seçilə biləcək ən pis ssenari olaraq qiymətləndirilə bilər. Ancaq tərəflərdən heç biri bunun baş verməməsi üçün gərəkli olan  siyasi-diplomatik addımı atmağa cəhd göstərmədi. Təbii ki, burda qeyd olunan “tərəf”  dedikdə Ukraynadan çox Qərb nəzərdə tutulur. Çünki 8 il əvvəl Krımı, həmçinin Donetsk və Luqansk vilayətlərinin əhəmiyyətli hissəsini itirdiyinə görə  Ukraynanın geriyə yolu yox idi. Bu isə Rusiyanın istədiyi təminatı verməklə  Kiyev üçün həm də ərazilərin itirilməsi ilə barışmaq demək idi. Bundan başqa da  o da aydın idi ki, növbəti dəfə Ukrayna arxasında bu qədər böyük dəstəyi görməyə bilərdi. Nəticədə  Kiyev Rusiyanın tələblərini qəbul etmədi. Beləliklə də heç bir tərəf son ana qədər müharibənin baş verməməsi üçün lazım olan addımları atmadı. Həmçinin də Qərb Ukraynanı müharibədən qoruyacaq addımları atmadı.
Müharibənin ilk günlərində bir çox tanınmış mütəxəssis Ukrayna ordusunun uzun zaman tab gətirə biləməyəcəyini düşünürdü. Bu cür düşünənlərin əsaslı arqumentləri vardı. Rusiya ordusunun əməliyyat gücü, hava və raket-artilleriya üstünlüyü, nəhayət, 8 il əvvəl Ukrayna ordusunun Rusiya qarşısında zəif müqaviməti bütün bunlar bunu deməyə əsas verirdi.
Ancaq müharibənin ilk 3 günü davam edən şok keçdikdən sonra aydın oldu ki, Ukrayna 8 il ərzində ciddi ordu quruculuğu formalaşdırıb. Müharibənin ilk günlərində Rusiya ordusunun Ukrayna ilə bağlı hesablamalarında ciddi şəkildə yanılması ortaya çıxdı.
Ukrayna ordu komandalığı Rusiya qüvvələri ilə açıq meydan müharibəsində qalib gəlmənin çətin olduğunu nəzərə alaraq ən uğurlu müdafiə taktikası hesab olunan partizan müharibəsinə üstünlük verməyi qərara aldı. Rusiya hərbi kolonları qəfil hücuma məruz qalır, şəhər müharibələrinə cəlb olunurdular.Burda da nizami orduların üstünlük qazanması nadir hal hesab olunur, özü də ağır itkilərlə mümkün olurdu.
Bizim ölkəmizə  birbaşa təsiri olmasa da, ancaq birmənalı olaraq ümumi geosiyasi vəziyyət tamamilə dəyişimə uğrayıb,  həm də Rusiya-Ukrayna müharibəsindən əvvəlki vaxtlara qayıtmasın. Beləliklə, biz bəzi ənənəvi tərəfdaşlarla ticari əməkdaşlıq sahəsində müəyyən çətinliklərlə qarşılaşmanı misal çəkə bilərik. Həmçinin, xüsusən də daşımalar layihələrinə nəzər saldıqda, bəzi üstünlükləri görə bilərik. Azərbaycan uzun illər ərzində müasir daşımalar və logistika infrastrukturunun yaradılmasına  müxtəlif yatırımlar edib. İndi isə Mərkəzi Asiyadan daşınan yüklər  Azərbaycan vasitəsilə Avropaya yönəldilərək bizim üçün üstün imkanlar yaradır. Lakin bildiyimiz kimi, 2020-ci ildə  ölkəmizdə müharibəyə olub. 44 gün çəkmiş bu müharibə iki ildən bir az çox əvvəl baş vermiş, bu səbəbdən də biz müharibənin nə olduğunu bilirik. Onun xalqlar,bir ölkə üçün nə dərəcədə dağıntılar və əziyyətlər gətirdiyibizə çox gözəl aydındır. Buna görə də hər kəs  təbii ki, istəyir Avrasiyada sülh bərqərar olunsun. Ümid edirəm ki, dünya bu müharibələrə son qoyacaq!

 

Mamedova Fəridə
Azərbaycan Dövlət Pedaqoji Universiteti/SABAH qrupları

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90