image-2000x150
image-1backend

“Rusiya Polşa, Finlandiya və Özbəkistana hücum edəcək” – Vladimir Zelenski

image-728x90

Rusiya Baltikyanı ölkələr, Polşa, Finlandiya və Özbəkistana hücum etmək niyyətindədir.

Ulusal.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski bildirib.

“Mənə elə gəlir ki, biz Rusiya Federasiyası prezidentinin ritorikasına diqqət yetirməliyik. O dayanmaq fikrində deyil. Bizi tamamilə fəth etmək istəyir.

Bəzən tərəfdaşların Ukraynaya maliyyə və hərbi yardım şəklində qeyri-müəyyənliyi Rusiyanın cəsarətini və gücünü artırır. Ona görə də dəstəyi gecikdirməyə qətiyyən ehtiyac yoxdur. Rusiya prezidenti Ukraynanı dağıtmayana qədər sakitləşməyəcək.

Ukraynadan sonra hansı ölkələrin təhlükədə olduğunu bilirsiniz. Ukrayna uğursuz olarsa, sonrakı yer Litva, Latviya, Estoniya, Moldova ola bilər. Bu yaxınlarda o, Finlandiya və Özbəkistandan danışmağa başladı. “Biz hamımız birlikdə onu dayandırmayana qədər Putin dayanmayacaq”, – deyə Ukrayna prezidenti bildirib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90