image-2000x150
image-baki-sefirlikbackend

“Rusiya Azərbaycana qarşı İranın əliylə hərəkət edir” -Arzuman Muradlı

image-728x90

“Azərbaycanın qətiyyətli mövqeyi öz işini görür. Son günlər Qarabağda baş verən hadisələr onu göstərir ki, rəsmi Bakı öz qətiyyətli mövqeyindən geri çəkilmir” –Ulusal.az xəbər verir ki, bu fikirləri politoloq Arzuman Muradlı səsləndirib.

image-media-1677060887_arzuman-teze-1-2-z4v90wibp7m5ftq2luoa

Politoloq hesab edir ki, Ermənistanın baş naziri Nikol Paşinyan İkinci Qarabağ müharibəsindən sonra məğlubiyyətlə faktiki barışmışdı, Qarabağdan imtina etməyə hazır idi.

“Ancaq son aylarda İranın Azərbaycana qarşı artan təxribatları, Rusiyanın Qarabağ separatçılarını silahlandırması və bəzi Qərb mərkəzlərindən, o cümlədən Parisdən aldığı dəstək sayəsində Paşinyan “cəsarətləndi” və onun Qarabağsız sülh sazişinə marağı azaldı. Azərbaycan ordusunun bölgənin yollarını və yüksəkliklərini nəzarətə götürməsi əməliyyatlarının sayının çoxalması Qarabağ separatçılarının fəaliyyət imkanlarını daraltmağa yönəlib. Bu Paşinyanı əvvəlki mövqeyinə qaytarmalıdır.” – deyə politoloq bildirib.

Arzuman Muradlı hesab edir ki, Azərbaycan ordusunun silahdan istifadə etmədən yüksəkliklərdə nəzarətə alması erməni separatçılarını qorxuya salıb.

“Artıq Qarabağ erməniləri anlayır ki, regionda söz sahibi olan və yaşadıqları ölkənin sahibləri ilə təhdid dilində danışa bilməzlər. Ermənilər kimi rəsmi Tehran da öz təxribatlarını davam etdirir.  İrandan yeni təxribatlara hazır olmalıyıq. Azərbaycan ordusunun Qarabağda mövqelərinin möhkəmlənməsi nə Rusiyanın, nə də İranın maraqlarına cavab verir. Rusiya Azərbaycanı sözdə də olsa tərəfdaş adlandırdığına görə, “qırmızı çizgiləri” tam aşmamağa çalışır. İranın isə Azərbaycanla münasibətlərdə belə dərdi yoxdur, bütün “qırmızı çizgiləri” aşıb. Rusiya Azərbaycana qarşı İranın əliylə hərəkət edir.” – deyə Arzuman Muradlı bildirib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90