image-2000x150
image-1697110313_rovresbackend

Rövnəq Abdullayev varidatını Londona daşımaq istəyir – Kölgəyə çəkilmiş oliqarxın əsl məqsədi nədir?

image-728x90

Düz iki il öncə, 2022-ci ilin fevralında Rövnəq Abdullayev SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkətinin) prezidenti vəzifəsindən azad edilib. Bundan sonra “tam vurulmaqdan” son anda xilas olan Rövnəq Abdullayev digər vəzifəyə – iqtisadiyyat nazirinin müavini postuna təyin edilib.

Yeni vəzifəsində nəinki parlamayan, əksinə, səssizliyini pozmadan kölgəyə çəkilən Rövnəq Abdullayev həm hakim komanda daxilindəki çəkişmələrdən, həm də medianın tənqidlərindən kənarda qalmağı bacarıb. Bu illər ərzində özünü unutdurmağa çalışan oliqarx məmur indi yalnız bir vaxtlar oğlunun milyonluq saatının oğurlanması faktı ilə xatırlanır. O da həmişə yox, ara-sıra.

Amma onu xatırlamaq üçün çoxsaylı faktlar və səbəblər var. Rövnəq Abdullayevin rəhbərliyi altında dövlət neft şirkətinin adı neft pullarının mənimsənilməsi və korrupsiya iddiaları ilə bağlı beynəlxalq hesabatlarda çox hallanıb.
Beynəlxalq Korrupsiya və Mütəşəkkil Cinayətkarlığın Araşdırılması üzrə Jurnalistika Layihəsi – OCCRP Azərbaybaycan Dövlət Neft Şirkətinin keçmiş rəhbəri Rövnəq Abdullayevin oğlunun 20 milyon dollardan çox qiyməti olan London mülklərinin olmasından da yazıb.

Rəşad Abdullayevin aldığı “ultrabahalı” mülk Londonun prestijli Grosvenor Square ünvanında yerləşir. Araşdırmanın hesabatında deyilir ki, bu dəbdəbəli mənzil Görnsi adasında qeydiyyatdan keçmiş ofşor şirkəti vasitəsilə alınıb. Bu da qeyd olunur ki, sözügedən mənzil uzun illər SOCAR-ın prezidenti olmuş Rövqnəq Abdullayevin ailə üzvlərinə xarici ölkədə aid olduğu aşkar olunan ilk daşınmaz əmlakdır. Amma indi bütün bu faktlar da “köhnəlmiş” sayılır və görünən odur ki, Rövnəq Abdullayev özünü ictimai rəydə unutdurmaq taktikasına sadiqdir.

Özəl mənbələrdən daxil olan məlumatlar isə kölgəyə çəkilmiş Rövnəq Abdullayevin kölgədə heç də sakit dayanmadığını düşünmək üçün əsaslar yaradır.

Məlumatlara görə, SOCAR-ın keçmiş prezidenti, İqtisadiyyat nazirinin isə hazırkı müavini Rövnəq Abdullayev ölkədəki daşınmaz əmlakını özgələşdirmək, mümkün olarsa tədricən satmaq qərarına gəlib.

Mənbə iddia edir ki, paytaxt Bakıda çoxsaylı obyekt və mülkləri satışa çıxaran Rövnəq Abdullayev bütün varidatını ölkə hüdudlarından kənara daşımaq niyyətindədir. Onun Londonda bir neçə mülkünün olduğunu xatırladan mənbəmiz Abdullayevin yaxın illərdə tam olaraq bu şəhərə yerləşmək niyyətində olduğunu bildirir.

Mövzu diqqətimizdədir və növbəti yazıda Rövnəq Abdullayevin satmaq istədiyi mülk və obyektlərinm siyahısını dərc etməyə çalışacağıq.

Nazim Əliyev

busaat.az

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90