Roma dövründən qalma legioner zirehləri 3 illik zəhmətdən sonra bərpa olundu.
2020-ci ilin arxeoloji qazıntı mövsümündə Gümüşhane rayonundakı Satala antik şəhərində tapılan Son Roma Dövrünə aid, dünyada yeganə “Lorica Squamata” modeli legioner zireh üç illik əmək nəticəsində bərpa edilib.
Türkiyənin Mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy sosial media hesabında etdiyi paylaşımda deyib: “Ərzurum Bərpa və Qoruma Regional Laboratoriyasında mütəxəssislərin əllərində yenidən canlandırılan və dünyada tanınan yeganə “Lorica Squamata” model zireh demək olar ki, mükəmməl vəziyyətə salındı. Qusursuz şəkildə günümüzə qədər gəlib çatmış, Roma imperiyasının döyüşçü keçmişinə bənzərsiz bir pəncərə açan bu möhtəşəm əsər bərpa olunmasında əməyi keçən Mədəni İrs və Muzeylər Baş İdarəsinin bütün əməkdaşlarına təşəkkür edirik”.