image-rt-reklam
image-1backend

Roberta Mezzola yenidən Avropa Parlamentinin sədri seçilib

image-728x90

Roberta Mezzola yenidən Avropa Parlamentinin sədri seçilib. Maltalı siyasətçi Roberta Mezzola ikinci müddətə Avropa Parlamentinin sədri seçilib. Ulusal.az-ın  məlumatına görə , səsvermə Avropa Parlamentinin seçkilərdən sonra keçirilən ilk iclasında baş tutub.

Metzola mütləq səs çoxluğu qazanıb. 699 deputatdan 562-si ona səs verib. Metzolanın rəqibi Avropa Şurasının İspaniyadan olan üzvü, İspaniyanın solçu “Podemos” (“Biz bacarırıq”) partiyasının üzvü İrene Montero olub.

Avropa Parlamentinin sədri səsvermədən sonra çıxışında deputatları birləşməyə və “hər kəs üçün Avropa yaratmaq üçün çalışmağa” çağırıb.

İxtisasca hüquqşünas olan Metzola Malta Universitetində hüquq elmləri doktoru dərəcəsi alıb. O, bütün karyerasını Avropa siyasəti sahəsində qurub. O, Maltanın Brüsseldəki AB mənzil-qərargahı yanında nümayəndəliyində çalışıb, üç dəfə Avropa Parlamentinə seçkilərdə namizədliyini irəli sürüb və 2013-cü ildə deputat mandatı ala bilib. 2020-ci ildə Avropa Parlamentinin birinci vitse-prezidenti seçilib, 2022-ci ildə isə 42 yaşında qurumun bütün tarixində Avropa Parlamentinin ən gənc prezidenti olub.

image-1

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90