image-rt-reklam
image-1backend

RƏŞAD ABDULLAYEV MİLYONLARI NECƏ QAZANIB? -Rövnəq Abdullayevin “İNCƏ” futbol siyasəti

image-728x90
Azərbaycan son 30 il ərzində neftdən milyardlarla dollar vəsait qazanıb. Bu pullar ölkənin inkişafına, ordunun formalaşdırılmasına, ölkə əhalisinin sosial-rifah halının yaxşılaşmasına sərf olunub. Bu ikkər ərzində sözsüz bəzi məmurlar dövlət əmlakını, dövlətin qurumlara ayırdığı pulları müxtəlif yollarla xarici ölkələrə çıxardığı məlumdur. Aydındır ki, dövlət bu pulları mənimsəyən bir çox məmuru cəzalandırıb. Oliqarxların bir neçəsi hələ də həbs həyatı yaşayır.  Lakin uzun illər SOCAR  prezidenti olan Rövnəq Abdullayevdən nədənsə hələ də hesab sorulmayıb. 17 il SOCAR prezidenti olan Rövnəq Abdullayev külli miqdarda dövlət əmlakını ölkədən kənara çıxarıb. Bu da aydındır ki, Rövnəq Abdullayevin xaricdəki milyonlarını, çoxsaylı daşınmaz əmlakını oğlu Rəşad Abdullayev idarə edir. Mütamadi olaraq Rəşad Abdullayevin Türkiyədə vəyaxud Qərb ölkələrində eyş-işrət məclisiləri qurması gündəmdən düşmür. Son günlər Rövnəq Abdullayevin oğlu Rəşad Abdullayevin İspaniyanın “Barselona” klubunun prezidenti Xuan Laporta ilə isti fotoları yayılıb. Qərb mediası iddia edir ki, balaca oliqarxI Xuan Laporta ilə biznes maraqları bağlayır. Xatırlayırsınızsa Rəşad Abdullayevin qolundan İspaniyada  İbizada 1.2 milyon avroluq saatı oğurlanmışdı. Hələ o zaman bu saat qalmaqalı bütün Avropa mediasının diqqəini çəkmişdi. 1.2 milyon avro dəyərində Richard Mille 50-03 McLaren F1 saatı oğurlanan restoranın məhz Rəşad Abdullayevə məxsus olduğu iddia edilirdi. Bunu hələ o zaman Rəşad Abdullayevin paylaşdığı fotolar da təsdiq edirdi.
image-1
Rəşad Abdullayev hələ o zaman paylaşdığı fotoda   “İbizada yeni məkanım” kimi işarə etmişdi. İndi Rəşad Abdullayevin İspaniyada çoxsaylı mülklərə sahib olması faktını Qərb mediası yenidən qabardıb. Media iddia edir ki, Rəşad Abdullayev indi Xuan Laporta ilə müəyyən ortaqlığa malik otel şəbəkəsinə sahibdir. Bir sözlə Azərbaycan neftinin pullarını sağa-sola, eyş-işrətə xərcləyən balaca oliqarx heç nədən çəkinmir. Təkcə bir fakt yetər ki, Rəşad Abdullayev AFFA tərəfindən ayrılan milyonlarla vəsaiti beynəlxalaq tərəfdaşlar adı ilə küçələrə səpib. Xuan Laportanın onunla isti münasibətinin əsl səbəbi də yəqin ki, biznes ortaqlığından irəli gəlir. Həmçinin balaca oliqarxın Monteneqroda da böyük otellər şəbəkəsinə sahib olması məlumdur. Bu otellər isə bizim düşündüyüm 1-2 milyona yox, yüz milyon dollara əldə edilib.
AFFA prezidenti Rövnəq Abdullayevin oğlu Rəşad Abdullayevi bir müddət Azərbaycan futbolunda pulsilmə əməliyyatına cəlb etmişdi. Hər il AFFA-nın büdcəsindən 13 milyon manat ayrılan “Səbail” məhz Rəşad Abdullayevin nəzarətində idi. Bir sözlə Rövnəq Abdullayev keçən on illər ərzində Azərbaycan büdcəsini sanki öz cibi bilib və milyonları hara gəldi sərf edib. Davamı növbəti yazımızda…
image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90