image-rt-reklam
image-1backend

Qurban Qurbanov AFFA-nın iclasından danışdı: Millinin taleyi necə olacaq?

image-728x90

“Ümumi müzakirələr getdi. Ətraflı məlumatı yəqin ki, vitse-preziden Sərxan Hacıyev verəcək”.

Ulusal.az xəbər verir ki, bu sözləri AFFA İcraiyyə Komitəsinin üzvü Qurban Qurbanov komitənin bugünkü iclasından sonra jurnalistlərə açıqlamasında deyib. O, bu gün keçirilən toplantıda hər hansı bir mühüm qərar qəbul edilmədiyini söyləyib:

“Ciddi bir yenilik yoxdur. Hər dəfə qarşılıqlı lazım olan işlər barədə müzakirələr gedir. Çünki hələ yeni bir kollektivdir, yeniliklər axtarılır. Qəti qərar olmadığı üçün biz də fikir bildirə bilmirik. Məncə, bir neçə iclasdan sonra futbolun inkişafı üçün hansı addımların atılacağı barədə ətraflı məlumat veriləcək”.

Təcrübəli mütəxəssis I Liqaya düşən “Qəbələ”yə AFFA tərəfindən yardım ediləcəyini söyləyib:

“Köməklik olunacaq. Maliyyə tərəfini Sərxan müəllim yəqin açıqlayar. Hər xırda detala əl atılır ki, “Qəbələ”nin infrastrukturu qorunub saxlanılsın”.

Qurbanov iclasda milli komandanın baş məşqçisi məsələsi ilə bağlı müzakirələr apardıldığını söyləyib: “Bu barədə yaxın günlərdə qərar veriləcək”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90