image-2000x150
image-azad-veten-partiyasibackend

Qoşulmama Hərəkatı neokolonializmə qarşı mübarizənin dayaq nöqtəsinə çevrilir

image-728x90
Azərbaycan müstəmləkə asılılığına qarşı mübarizə aparan ölkələri müdafiə edir.

Bu il martın 2-də Bakıda keçirilmiş Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü beynəlxalq siyasi səhnəyə bir sıra önəmli mesajlar verdi. İlk növbədə dünyaya hökmranlıq etmək arzusunda olan və ənənəvi nüstəmləkə sisteminin dağılaraq azad və bərabərhüquqlu sistemə çevrilməsi prosesini yeni şərtlər əsasında gücləndirmək niyyəti ifadə olundu. Nədir bu yeni şərtlər?!

İlk növbədə, hazırda strukturunun formalaşma prosesi gedən yeni dünya düzəninin yeni qüvvələr önə çıxır. Çünki, dünya dövlətləri sırasında müstəqillik yoluna qədəm qoymuş, xeyli dərəcədə inkişaf etmiş və köhnə dünyanın boyunduruğunda yaşamaq istəməyən dövlətlər yaranmışdır. Bu dövlətlərin səsi eşidilməlidir. Azərbaycanın uzun illər işğal altında qalan Qarabağ bölgəsini öz gücü ilə azad etməsi buna tutarlı faktdır. Halbuki, köhnə sistemin dünyadakı ən nüfuzlu orqanı olan BMT-nin bu işğala son qoyulması barədə 4 sanballı qətnaməsi vardı. Lakin bu qətnamələrin uzun müddət kağız üzərində qalması sübut etdi ki, köhnə sistem çürüyüb və yeni çağırışlara cavab vermək iqtidarında deyil.

Yeni dünya düzəninin 2-ci mühüm şərtini Azərbaycan əməli surətdə ortaya qoydu. Bu, haqq və ədalət, dövlətlərin ictimai-siyasi hüquq bərabərliyi əsasında yeni strukturların yaranması və özünü təsbit etməsidir. Təsadüfi deyil ki, Azərbaycan Qoşulmama Hərəkatına üzv olduqdan sonra bu təşkilat xeyli fəallaşıb və vahid bir qüvvə kimi çıxış etməyə başlayıb.

Zirvə görüşündə səslənən fikirlər, verilən təkliflər və çağırışlar yeni dünya düzəninin əsas istiqamətlərini də göstərdi. Bu, çürümüş köhnə sistemin fəal qoruyucularından olan Fransanın müstəmləkəçi ambisiyalarına güclü zərbə oldu. Zirvə görüşündə səslənən fikirlərdən nümunə: “Qoşulmama Hərəkatının təməl sənədlərində əks olunduğu kimi, biz Fransa hökumətini Yeni Kaledoniya xalqının və Fransanın dənizaşırı icma və ərazilərindəki digər xalqların hüquqlarına hörmət etməyə çağırırıq. Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır. Biz, həmçinin, Fransanı Afrika, Cənub-Şərqi Asiya və digər ərazilərdə Qoşulmama Hərəkatının üzvü olan ölkələrə qarşı müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə, eləcə də soyqırımı aktlarına görə üzr istəməyə və məsuliyyətini etiraf etməyə çağırırıq”. Bi fikri Azərbaycan tərəfi ortaya qoydu.

Fransanın müstəmləkə asılılığına humanitar və ya demokratik don geyindirmək cəhdləri uğursuzluqla nəticələnir. “Yeni Qvineya”, “Yeni Kaledoniya” kimi aldadıcı adlarla neokolonializmi manipulyasiya edən Fransa bu ölkələrin azadlıq səsini qulaqardına vurur, saxta referendumlar təşkil edir və öz ərazisi kimi legitimləşdirməyə çalışır.
Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə iştirak etmiş Yeni Kaledoniyanın xarici məsələlər üzrə daimi müvəkkili Mikael Forrest söyləyib ki, Yeni Kaledoniya xalqı onillərdir Fransa müstəmləkəsindən azad olmaq üçün mübarizə aparır:

“Biz Fransaya qarşı apardığımız azadlıq mübarizəsində Bandunq prinsiplərinə uyğun olaraq suverenlik hüququmuzun dəstəklənməsini istəyirk. Hesab edirik ki, illərdir xalqımızın hüquqları pozulub. Fransa və onun müstəmləkəçi siyasəti ilə bağlı bir sıra problemləri Bakı platformasından dünyaya çatdırmağı vacib sayırıq. Ərazi bütövlüyümüz və suverenliyimiz ilə bağlı yaranan maneələr aradan qaldırılmalıdır. Xalqımızın adından çıxış edərək bütün dünyaya Fransanın bizə yaşatdığı məhrumiyyətləri çatdırıram”.

Zirvə görüşünün tezisləri dünya siyasi sistemini uzun müddət düşündürəcək və uzun illərdir müzakirə olunan BMT sistemində islahatlar aparılması işinə güclü təkan verəcək. Bu prosesdə Qoşulmama Hərəkatının öncül mövqeyə çıxması mövcud reallığın siyasi tələbidir.

Aydın görünür ki, Qarabağın işğaldan azad edilməsi və bu aktın həyata keçirilməsində Azərbaycanın yürütdüyü mükəmməl siyasət müstəqillik və azadlıq uğrunda çarpışan xalqların mübarizəsinə güclü təsir edib.

Azad Vətən Partiyası
İnformasiya və Təhlil Mərkəzi

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90