Qərb ölkələri Birləşmiş Ərəb Əmirliklərini (BƏƏ) Rusiyaya “kritik mallar”ın ixracını dayandırmağa çağırıb.
Ulusal.az xəbər verir ki, bu barədə “Financial Times” (FT) qəzeti yazıb.
Nəşr bildirir ki, Qərb BƏƏ-nin tədarük etdiyi elektronika məhsullarının Rusiya tərəfindən hərbi məqsədlər üçün istifadə oluna biləcəyindən ehtiyat edir. Məlumata görə, Birləşmiş Ştatlar, Avropa İttifaqı (Aİ) və Böyük Britaniya rəsmiləri son həftələrdə BƏƏ-yə səfər edib və ölkə rəsmilərinə sanksiyaları pozmamaq üçün təzyiq göstəriblər.
Rusiya gömrük məlumatlarına görə, 2022-ci ildə BƏƏ-dən Rusiyaya elektron komponentlərin ixracı yeddi dəfədən çox artaraq təxminən 283 milyon dollara çatıb.