Xarici Siyasət ekspertləri əmindirlər ki, Ukrayna müharibəsi Cənubi Qafqazda yeni qüvvələr balansına ən çox təsir edib. “ Qarabağ müharibəsinin başa çatmasından iki il sonra Ermənistan və Azərbaycan yeni qarşıdurmaya doğru gedirlər”, – amerikalı analitiklər qeyd ediblər. Onların fikrincə, Rusiyanın Ukraynadakı uğursuzluğu regionla bağlı ilkin planları pozub.
Amerikalı analitiklərin proqnozlarına görə, Ermənistanla Azərbaycan arasında qaçılmaz yeni müharibə qısamüddətli, lakin 2020-ci ilin 44 günlük müharibəsindən heç də az dramatik olmayacaq. Jurnal Ermənistan-Azərbaycan son həllinin iki layihəsi olan Rusiya planı və “Vaşinqton prosesi” arasında paralellər apararaq, Amerika variantının üstünlüyünü təsdiqləyib. Bununla belə, amerikalı analitiklər sülh danışıqlarının heç bir nəticə verməyəcəyini və yeni müharibənin başlayacağını proqnozlaşdırırlar.





















