image-2000x150
image-img-20240120-wa0014backend

Qanlı 20 Yanvar faciəsinin 34-cü ildönümündə şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

image-728x90

Xalqımızn müstəqillik, milli azadlıq və zəfər yolunun başlanğıcı kimi tarixinə həkk olunan,  Sovet imperiyasının Bakıda törətdiyi qanlı 20 Yanvar faciəsinin ildönümündə ölkəmizin hər yerində olduğu kimi, Ağstafada da şəhidlərimizin xatirəsi qürur və ehtiramla anılıb.

Ümumxalq Hüzn Günündə Ağstafa RİH başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə veteranları, rayonun idarə, müəssisə və təşkilatlarının kollektivləri, rayon ərazisində yerləşən hərbi hissələrin əsgər heyəti, ictimaiyyət nümayəndələri Ağstafa rayon Şəhidlər Xiyabanını ziyarət ediblər. Vətən övladlarının ruhuna dualar oxunub. RİH başçısı memorial xatirə abidəsi önünə əklil qoyub. Şəhidlərimizin məzarları üstünə tər qərənfillər düzülüb.
Saat 12:00-da 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Yollarda nəqliyyatın hərəkəti dayandırılıb, rayonun şəhər, qəsəbə və kəndlərində Azərbaycan Respublikasının Dövlət Bayrağı endirilib.
Həmçinin Ağstafa rayonunun Vurğun qəsəbəsindən olan 20 Yanvar şəhidimiz Habil Əzizovun və digər ağstafalı şəhidlərimizin dəfn olunduqları yaşayış məntəqələrində məzarları ziyarət olunub.

image-img-20240120-wa0019image-img-20240120-wa0018image-img-20240120-wa0016image-img-20240120-wa0017image-img-20240120-wa0015image-img-20240120-wa0013image-img-20240120-wa0014image-img-20240120-wa0012

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90