image-2000x150
image-999backend

Putinin Qarabağ açıqlamasının detalları: Ermənistan Qarabağı … – ŞƏRH

image-728x90

Rusiya Prezidenti Vladimir Putin Vladivostokda keçirilən Şərq İqtisadi Forumun plenar iclasında Ermənistan rəhbərliyinin Azərbaycanın Qarabağ üzərində suverenliyini tanıması ilə bağlı fikirlər söyləyib.

Putin moderatorun sualına cavab olaraq “Başa düşürsünüz, əgər Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıbsa, bu qədər, daha nədən söhbət gedə bilər?! Bu, bütün problemlərin əsas tərkib hissəsidir. Ermənistan özü Qarabağın statusunu müəyyən edib. Bütün problem bundadır”, – deyib.

Millət vəkili Cavanşir Feyziyev isə hesab edir ki, Putinin açıqlaması reallığı əks etdirir:

“Şərq İqtisadi Forumunun plenar iclasında Rusiya prezidenti Vladimir Putinin Qarabağın statusu ilə bağlı verdiyi açıqlama heç bir problem yaratmır. Əksinə reallığı əks etdirir. Çünki həqiqətən də gündəmdə Qarabağın statusu ilə bağlı heç bir məsələ yoxdur və ola da bilməz. Əgər V.Putin problemin açarını mövcud olmayan bir problemin həllində gördüyünü bildirsəydi, o zaman bölgə Vətən müharibəsindən əvvəlki status-kvoya qayıtmış olardı. Bu isə münaqişənin yenidən alovlanmasına və daha uzunömürlü yeni bir münaqişə fazasına gətirib çıxarardı”.

Millət vəkili qeyd etdi ki, Putin bu açıqlaması ilə birmənalı olaraq Qarabağın tam şəkildə Azərbaycanın tərkib hissəsi olduğunu və bunun bütün dünya ilə bərabər Ermənistan tərəfindən də tanındığını bəyan etdi:

“Bu bir faktdır. Belə bir faktı açıq səsləndirməyin isə Rusiyanın regionda mövqeyinin zəifləməsi və ya güclənməsi ilə heç bir əlaqəsi yoxdur”.metbuat.az

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90