image-2000x150
image-1backend

Prezident İlham Əliyevin cari ilin 28 may tarixində Laçın şəhərində çıxışı ilə əlaqədar

image-728x90

Laçın Azərbaycan üçün əsas strateji ərazidir. Torpaqdan pay olmaz. Danışıqlar aparılaraq bu ərazinin tamamilə azad olması üçün cəhdlər edilib. Bunun üçün təzyiqlər də olunub. Ancaq Azərbaycanın əyilməz mövqeyi və iradəsi bütün bu torpaqlarda müstəqilliyimizin əldə olunmasına gətirib çıxardı.

Bütün bu torpaqlar Azərbaycanın əzəli hüquqi torpaqlardır. Bəzi dövlətlər bu əraziləri geri qaytarmaq üçün cəhdlər edilir. Ermənilər əvvəlki muxtariyyətlərini bərpa etmək istəyirlər. Ona görə, bu gün nə müstəqillikdən, nə muxtariyyətdən söz açıla bilməz.

Məqsədimiz Naxçıvana gedən yolun açılmasıdır və Qarabağda hələ də kök salmış Ermənistan ordusunun nümayəndələri oradan çıxarılmalıdır.

İlham Əliyev 28 may tarixində Laçın şəhərində olmuş və ictimaiyyətdə bu şəhər haqqında geniş məlumat vermişdir:

1992-ci il mayın 9-da Şuşa şəhəri işğal olunmasından 10 gün sonra Laçın şəhəri ələ keçirilmişdi. Hansı ki bu şəhərin Dağlıq Qarabağ üçün böyük önəmi var idi. Çünki əsas strateji yollar bu ərazidən keçirdi. Ona görə də ermənilər bu yolu ələ keçirməklə Ermənistanla Qarabağ arasında əlaqələri gücləndirmiş, zaman-zaman digər ərazilərin ələ keçirilməsinə səbəb olmuşdu. Xüsusilə də bu 1993-cü ildə Kəlbəcərin işğalına gətirib çıxardı. Belə bir çətin komanda Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi Azərbaycanı bu çətin vəziyyətdən çıxardı, vətənimizi ayağa qaldırdı, vətəndaş müharibəsinə son qoydu. Azərbaycan inkişaf yoluna qədəm qoydu. Bu günə qədər Azərbaycan sabitlik məkanı kimi dünyada nümunəvi bir ölkə kimi təsdiqləndi.

Torpaqlarımız 30 illik işğal altında qalsa da prezidentimiz İlham Əliyevin yaratdığı güclü ordu sayəsində 44 günlük mübarizə nəticəsində torpaqlarımız işğaldan azad edildi.

Bu torpaqlar qeyrətli igid Azərbaycan gənclərinin qeyrəti sayəsində işğaldan azad edildi. Hansı ki, o gənclər bu əraziləri görməsələr də bu torpaqların azad olunmasında öz canlarından belə keçdilər. Mübarizə nəticəsində bir sıra ərazilərimiz işğaldan azad olsa da Ermənistan kaputilasiya sənədinə imza atandan sonra Laçın, Kəlbəcərin və Ağdamın qaytarılması haqqında razılığa gəldilər. Razılaşmaya əsasən Laçın ətrafında üç il müddətinə yol çəkiləcək bə bu müddət ərzində bu əraziyə Rusiya sülhməramlıları nəzarət etməliydilər, onlar erməni seperatçıları ilə birləşərək həmin ərazilərdə möhkəmlənmək istəyirdilər. Lakin bizim əyilməz mövqeyimiz və inadımız bə iradəmiz bütün bu səyləri alt-üst etdi.

28 May tarixi Azərbaycan xalqı üçün ikiqat bayramdır. Belə ki, Cocuqmərcanlıdan başlayan qayıdış bu gündə davam etdi. Belə ki, Laçına 20 ailə məskunlaşdı. Qısa müddətdə dörd minə məskunlaşan ailənin də məskunlaşması da nəzərdə tutulub. Qısa bir zamanda infrastruktur yenilənib yaşayış yerləri inşa edilib. Burada hər bir şey zövqlə hazırlanır. İnsanların yaşayışı üçün binalar tikilib. Məktəblər onlarla müəssisələrin yaradılması, yeni iş yerlərinin açılması gözlənilir.

164 nömrəli məktəbin tarix müəllimi- Cəfərova Ofelya

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90