image-rt-reklam
image-1backend

Pirsaat çayından sel keçib

image-728x90

Hacıqabul rayonu ərazisində Pirsaat çayından sel keçib.

Şamaxı rayonunda yağan leysan xarakterli güclü yağışlar nəticəsində rayon ərazisindən keçən Pirsaat çayının gecə saatlarında daşmasına səbəb olub.

Yerli sakinlərin dediklərinə görə, nəticədə el arasında “Yeddi para” adlanan Udulu kəndi ərazisində çay qırağı nar bağları su altında qalıb. Bəzi ərazidə kəndarası yolları su basıb. Elektrik şiti və dirəkləri su içində qalıb.

Hazırda Pirsaat çayında suyun səviyyəsi aşağı düşdüyündən təhlükə sovuşub.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90