ABŞ Türkiyəyə açıq təzyiq göstərir, lakin Ankara Moskva ilə münasibətləri inkişaf etdirmək də daxil olmaqla, yalnız öz maraqlarından çıxış edir…
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Həqiqətən də, ABŞ Türkiyə Respublikasına açıq təzyiq göstərək iqtisadiyyat üçün qorxulu nəticələrlə hədələməkdən çəkinmir”, – deyə Kremlin sözçüsü vurğulayıb.
Peskov əlavə edib ki, Ankara Moskva ilə ticarət, iqtisadi və digər əməkdaşlığı inkişaf etdirmək də daxil olmaqla, yalnız öz maraqlarını rəhbər tutmağa davam edir.