image-rt-reklam
image-1backend

Parisdə gizlənən Elşad Abdullayevin oğlu Xankəndində necə mülk alıb?

image-728x90

Fəaliyyəti dayandırılan Azərbaycan Beynəlxalq Univeristetin rektoru, hazırda Fransada gizlənən Elşad Abdullayevin oğlu Elşən Abdullayevlə bağlı  redkasiyamıza maraqlı məlumat daxil olub.

Məlumata görə, Elşən Abdullayev Qarabağda,xüsusən də Xankəndində yaşayan bir neçə ermənidən, müxtəlif kv.m. sahələrə malik qeyri yaşayış yerləri alıb.

Məlumatda vurğulanır ki, Azərbaycan qanunlarını pozaraq Azərbaycan vətəndaşı olduğu halda, Rusiya Federasiyasının da vətəndaşlığını qeyri-qanuni yolla almağı bacaran Elən Abdullayev bu addımı ilə müxtəlif niyyətlər güdür. Məlumatda qeyd olunur ki, Elşən Abdullayevin Xankəndində qeyri-yaşayış sahələrinə malik əmlakı 44 mühribədən öncə və ya sonra aldığı hələlik bilinmir. Amma onun belə bir addım atmasının arxasında atası Elşad Abdullayev kimi məkirli niyyətlər var. Məlumata görə, Elşən Abdullayev bu əmlakların ona verilməyəcəyi təqdir də gələcəkdə Azərbaycan dövlətini beynəlxalq məhkəmələrə vermək və bu yolla Azərbaycan dövlətindən küllü miqdarda vəsait almağı düşünür.

Elşən Abdullayevin  Rusiya Federasiyası vətəndaşlığına necə sahib olması, artıq Rusiyanın hüquq-mühafizə orqanlarının da diqqətini özünə cəlb edib.

Məlumata görə,  Elşən Abdullayev Moskva vilayəti, Odintsovo rayonu, Marfino kəndi, 26v ünvanında qeydiyyatda görünür.

Bundan başqa, Elşən Abdullayev və onun atası Fransada qaçqın həyatı yaşayan Elşad Abdullayev

Moskvada Azərbaycanın dövlət əmlakını qanunsuz olaraq özəlləşdirib.

Qeyd edək ki, o Azərbaycan vətəndaşı olmaqla 2005-ci ildə təhsil almaq üçün Rusiya Federasiyasına gəlib.

Redaksiyamıza daxil olan məlumat da o da qeyd edilir ki. Elşən Abdullayev atası Elşad Abdullayev kimi, kriminal hərəkətlərdən də çəkinməyib və o Rusiya vətəndaşlığı aldıqdan sonra, hıəmyerlimiz Fuad Rzayevin əmlakına çökərək onları mənimsəməyə cəht edib. O Atası Elşad Abdullayevin bir zamanlar sahib olduğu gücə əsaslanaraq Fuad Rzayevə olan borcunu qaytarmaq yerinə, əksinə, güc yolu ilə ona məxsus

Lexus-460 markalı, N 888 TV 150 dövlət nömrə nişanlı avtomobili oğurladaraq yaşadığı ünvana aparıb və bu günə kimi də avtomobili sahibinə qaytarmır.

Görünür Elşən Abdullayev də atasının yolunu gedərək, hələ də qanunsuz əməllərin davam etdirir və bu günə kimi cəzasız qalmasından istifadə edərək at oynatmaqdadır.Vətəninfo.az

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90