image-2000x150
image-1backend

Özlərini qırmızı vitrinə çıxaranlar

image-728x90

Bu şəkillərə baxın, özünüz deyin, indi bu nədir, nə deməkdir? Məqsəd, niyyət, məram nədən ibarətdir? Bu qadınlar niyə belə edirlər? Alimpaşa müəllim demişkən, niyə belə olmalıdır?

İnternet belə şəkillərlə dolub-daşır. Hələ bunlar abırlıdır. Başqa ölkədə əyninə, Habil Əliyevin sözü olmasın, dabankeşlə geydiyi yarım metrlik idman paltarında poza verən var, eyni cür geyimlə Bakıda avtobusda qəhvə içirmiş kimi reklam roliki çəkən var, əndamının bütün gözəlliklərini sərgiləyən dar-düdük libasda meşədə videoya çəkilən var. Var da, var.

Bu şəkillərin, videoların mənası nədir, özləri yaxşı bilir. Açığı-qırmızısı, bu, özünü vitrinə qoymaq, müştəri yığmaqdır.

Avropa şəhərlərinə çox gedənlər bilir, hər bir meqapolisdə “qırmızı fənərli küçələr” var.

image.jpg (80 KB)

Bu ifadə 130 il əvvəldən fahişəxanaların, striptiz klubların yerləşdiyi küçələrə verilən addır. İfadə ondan əmələ gəlib ki, keçmişdə fahişəxanaların pəncərələrində qırmızı fənərlər qoyurmuşlar, bu işıqla müştərilərə “gəl-gəl” deyirmişlər.

6-7 il əvvəl bir dəfə, gərək ki, Brüsseldə bir qrup həmkarımızla birlikdə axşam yeməyi yemək üçün sorağını aldığımız türk lokantasına gedərkən, elə bir küçədən keçdik. Butik tipli fahişəxanaların pəncərələrində qırmızı işıq yox idi, adi gur işıq vardı. Vitrində çılpaq qadınlar ya oturmuş, ya da ayaq üstə durmuşdular. Onlar hərdən hərəkət edir, həm cansız maneken olmadıqlarını göstərir, həm də küçədən keçənlərə gülümsəyir, əlləri ilə qonaq olmağa dəvət edirdilər.

Bir də eşitdik ki, küçənin yuxarı tərəfindən bir neçə adam vitrinlərlə baxa-baxa, “Allah-Allah!” deyə, sözün əsl mənasında anqırışırılar. Söz yox, onları bu hala salan çılpaq qadınlar, bir də görməmişlikləri idi. Görünür, onların cibində 40-50 avro pul yox idi deyə vitrinə baxa-baxa bağırırdılar, həm özlərinin nə dərəcədə yanıq, tamarzı olduqlarını göstərirdilər, həm də hansı regiondan, ölkədən olduqlarını ətrafdakılara bəlli edirdilər.

FotoJet (32).jpg (64 KB)

Onlardan fərqli olaraq bir-iki butiki ötürəndən sonra vitrinlərin birini seçib içəri təpilənlər də vardı.

Əgər o fahişəxanalar adi evlər kimi vitrinsiz olsaydı və çılpaq qızlar şüşə arxasında dayanmasaydı, şübhəsiz ki, o bağırışan kişilər o hala düşməzdilər. Amma o qızlar orada durmasaydılar, heç kəs ağzını ayırıb vitrinə baxmaz, bir dəqiqənin içində müştəriyə çevrilməzdi.

Qızların və onların mühafizəsini, mühasibətini aparan şəxslərin çörəyi məhz o işıqlı vitrindən çıxırdı. Qızlar özlərini o şəkildə təqdim etməsələr və normal geyinsələr, küçədə kim cəsarət edib onlara yaxınlaşa bilər? Heç kim.

Yəni insanlar özlərini libaslarıyla, makiyajlarıyla ətrafdakılara təqdim edir, aradakı baryerləri götürürlər ki, nəfsi çəkən onlara girişə bilsin. Bir dəfə küçədə bir yaşlı xala taksi sürücülərinin söz atdığı açıq-saçıq geymiş qıza yavaşcadan pıçıldayıb ki, bala, axı niyə belə geyirsən ki, it-qurd da sənə sataşsın. Qız deyib ki, xala, söz atırlar, atsınlar daa, vecimə də deyil, belə geyməsəm, nə biləcəklər ki, quşam. Marketinq məsələsi…

62191211_462729301156998_593695001356848.jpg (75 KB)

Özlərini vitrinə çıxaranların bəziləri isə, niyyətləri haqqında bu cür işarələr verəndən sonra qiymət oxumaqla filtr tətbiq edirlər. Məsələn, belə deyənlər var: “Mənə 50 min təklif etdilər, otelə getmədim”; “Dubaya çağırdılar, amma “ərinlə gəlmə” dedilər, imtina etdim”; “Mənim hər ay təkcə geyimə, makiyaja, saç baxımına 10 min manat pulum çıxır”; “Lüks maşın bağışlamaq istədilər, götürmədim” və s.

Bütün bu ifadələr o deməkdir ki, hər adam zəhlə tökməsin, xanımın qiyməti bunların üstündədir, saxlamaq istəyən oğlan bunları gözə alsın.

Bax, bu, fahişəliyin bahalı, hər kəs üçün əlçatan olmayan növüdür. Bunların vitrininin qarşısında heç kəs “Allah-Allah!” deyib bağırmayacaq, sadəcə, adamını göndərəcək, təkliflərini verəcək, razılığını alacaq və saxlama qaydaları işə düşəcək.

1536395910_prostitution.jpg (161 KB)

Bu tendensiya insanları ona görə narahat edir ki, belə marketinq üsulları artıq telekanallardan evlərə axışır, sosial şəbəkələrdə qarışqa kimi qaynaşır, internet resirslarında fırfıra kimi fırlanır və adamda belə qənaət hasil olur ki, fahişəlik kütləviləşir.

Əlbəttə, bu yanlış qənaətdir. Belə edənlər çox olsa, 1-2 min nəfərdirlər. 10 milyonluq ölkə üçün bu, heç 0-la başlayan faiz də etmir. Ancaq sağdan-soldan soxulub ürək bulandırırlar, trivial səslənsə də, gənc nəsil üçün pis örnək olurlar.

İnsan özünü vitrinə çıxaranda heş utanmazmı? O vitrinə öz qohum-qardaşları, nəsillərinin kişiləri də baxır axı. Baxırlar və səsləri çıxmır, heç olmasa “Allah, Allah, bu nə rəzalətdir” desinlər.

Samir Sarı

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90