image-2000x150
image-1backend

Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə: daha bir nəfər saxlanıldı

image-728x90

Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə işi üzrə təqsirləndirilən nazirliyin müxtəlif hərbi hissələrində maliyyə xidmət rəisi işləmiş Elvin Cəfərov həbs edilib.

Ulusal.az xəbər verir ki, E.Cəfərov Cinayət Məcəlləsinin 179.4-ci (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham olunub. İş üzrə dövlətə dəymiş ziyan 2 milyon 200 min manatdır.

Dövlət Təhlükəsizliyi Xidmətinin vəsatəti əsasında onun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı Bakı Hərbi Məhkəməsində təqdimata baxılıb.

Hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin edilib və Elvin Cəfərovun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Elvin Cəfərov ötən il dekabrda hazırda Müdafiə Nazirliyində 143 milyon manatlıq mənimsəmə ilə bağlı məhkəmə prosesində şahid qismində dindirilib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90