image-2000x150
image-33333backend

Millət vəkili televiziyalara cağırış etdi

image-728x90

Milli Məclisin  Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Milli Məclisin növbəti plenar iclasında TV-lərə çağırış edib, bir sıra təkliflər səsləndirib. Milli Məclisdə İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə namizədlikləri irəli sürülmüş şəxslərin seçilməsi məsələsi müzakirəyə çıxarılıb. Layihəyə əsasən, İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurası üzvlüyünə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) Həsən Cəfərov (AHİK-in katibi) və Əzim Talıbov (AHİK-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin katib), Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Teymur Kərimli (AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru) və Sərxan Xavəri (AMEA Rəyasət Heyətinin elmi katibi), Mətbuat Şurası isə Şuranın İdarə heyətinin üzvləri Azər Həsrət və Aqil Ələsgərin namizədliyini irəli sürüb. Məsələ səsverməyə çıxarılıb və Həsən Cəfərov, Teymur Kərimli və Azər Həsrət İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvü seçilib. Məsələ barədə çıxış edən Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Komitə adından həmkarlarının irəli sürdüyü bəzi vacib məqamlara da toxunub. Komitə sədrinin çıxışını qısa ixtisarla təqdim edirik: “Əlbəttə, İctimai Televiziya və Radio Yayımları Şirkəti son illər bir sıra yeniliklərlə çıxış edir və öz fəaliyyəti ilə təqdir qazanır. Hesab edirik, Mədəniyyət Komitəsində aparılan müzakirələr zamanı səsləndirilən bir sıra təkliflər də nəzərə alınsa, ümumi işin xeyrinə olardı. Belə mövzuların başında Azərbaycanın mədəni coğrafiyasının əhatə olunması gəlir – bizim mədəniyyət coğrafiyamız respublikamızın rəsmi hüdudlarından dəfələrlə genişdir və Dünya azərbaycanlılarının gözbəbəyi olan Azərbaycan Respublikasının TV-ləri, radioları bu mühüm məqamı, fərqi öz proqram siyasətlərində daha çox əks etdirməlidir. Məsələn, Azərbaycandan kənarda yaşayan soydaşlarımızın bir çoxu latın qrafikalı əlifbanı oxuya bilmir. Çünki onlar yaşadığı ərazilərdən asılı olaraq fərqli amillər səbəbindən bu əlifbanı öyrənməkdə çətinliklər çəkib və belə çətinliklər davam edir. Ancaq evlərində, ailələrində danışıq dili Azərbaycan dilində olduğundan məhz veriliş və proqramları izləyə bilirlər. Yəni daha çox bilgiləri TV və radiolardan alırlar. Azərbaycanın dövlət sərhəddindən kənarda yaşayan soydaşlarımız bunu nəzərə alaraq, Azərbaycan dilini öyrədən verilişlərin olmasını istəyir ki, Dünya azərbaycanlıları ana dilini məişət səviyyəsində deyil, daha yüksək tələblərə cavab verən şəkildə öyrənə, ən vacibi, yaza, tətbiq edə bilsinlər. Bu, yalnız İTV ilə bağlı məsələ deyildir, əlbəttə; biz ümumi dəyərləndirmə apardıq və televiziyalarımızın İranda yaşayan soydaşlarımızla, Güney Azərbaycanla, doğma dilimiz, adət-ənənələrimizlə bağlı güneylilərə, Dünya azərbaycanlılarına ünvanlanmış proqramlarla daha çox çıxış etməsini tövsiyə edirik. Bəli, İrandan – Güney Azərbaycandan olan aydınlarımızın ən çox vurğuladığı məsələ odur ki, onların folkloru, mədəni gerçəklikləri verlişlərə mövzu olsun, dillə, etnoqrafik gözəlliklərlə bağlı proqramlar olsun. Bundan daha irəli, başqa mühüm problem: onların ümumazərbaycan mədəniyyəti ilə bağlı sistemli bilgilərə, maarifləndirməyə ehtiyacı vardır. Onların çox böyük yaradıcılığı var, bu yöndə layihələr, proqramlar, verlişlər hazırlanmalıdır. Çünki bu insanlar bütövlükdə Azərbaycan ədəbiyyatına xidmət edirlər. Yaxud Borçalı olsun, Dağıstan, Dərbənd olsun, Qərbi Azərbaycan olsun, fərqi yoxdur, orada yaranan ədəbiyyat Azərbaycan ədəbiyyatına xidmət deməkdir. – İstər tarixdə, istər günümüzdə – fərqi yoxdur, özünə diqqət tələb edir. O şəxslərin, o ədəbiyyatın, respublikamızın rəsmi hüdudlarından kənarda – mədəni-mənəvi coğrafiyamızda yaranmış mədəni irsin efirlərdə təbliğatı vacibdir. Güney Azərbaycanda yaranan folkloru, klassikləri, tarixi şəxsiyyətləri, mədəni-tarixi abidələri və s. özündə əks etdirən proqramlar çoxaldılmalıdır. Ən əsası isə vahid tariximiz barədə doğru, ardıcıl formada verilişlər hazırlanmalıdır. Belə proqramlar Türk dünyası miqyasında da daha çox, daha sistemli və məqsədyönlü hazırlanmalıdır. Qərbi Azərbaycanda formalaşmış, yaradılımış mədəni irsimiz mövzusuna yenidən qayıtmaq istərdim. Qərbi Azərbaycan İcmasının rəhbəri, Millət vəkili Əziz Ələkbərli komitəmizin üzvüdür və onun maraqlı və konkret təklifləri vardır. Hesab edirik, icma rəhbəri, alim kimi Əziz müəllimin, ümumən Qərbi Azərbaycan mövzusunu davamlı işləmiş aydınlarımızın fikirləri daha çox nəzərə alınmalı, peşəkarlıqla hazırlanan proqramların sayı daha da artmalıdır. Həm Qərbi Azərbaycan, Dünya Azərbaycanlıları, həm də Türk dünyası ilə bağlı cənab Prezidentin fikirləri, siyasi iradəsi bizlərə yolgöstərici və rəhbər sənəd dəyərindədir. Ümid edirik ki, İctimai Yayım Şurası üzvləri bu təklifləri, təşəbbüsləri dəstəkləyəcək. Onların hər birinə uğurlar arzulayırıq”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90