image-rt-reklam
image-img-20240721-wa0014backend

Mətbuat gününüz mübarək

image-728x90

Milli mətbuatımızın yaranmasının 149-cu ildönümünün astanasındayıq. Elə həmin tarixə nəzər salaq biraz.

XIX əsrin sonlarına yaxın 1875-ci il 22 iyul tarixində bütün Qafqazda böyük əks-səda doğuran bu qəzeti ərsəyə gətirən Azərbaycan milli maarifçilik hərəkatının banilərindən biri təbiətşünas-alim Həsən bəy Zərdabi idi. Qəzetin yaranmasında Zərdabinin qələm yoldaşları olan Mirzə Fətəli Axundzadə, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani və başqa ziyalıların da böyük əməyi olmuşdu. Nəşriyyata gedən gündən Azərbaycanın milli mətbuatının yaranması kimi inkişafında da əvəzsiz xidmətləri olub. Bakıda Azərbaycan dilində “Əkinçi” qəzetinin çap olunmasına nail olmaq və qəzetdə mütərəqqi ideyaların çapına yer verilməsi o dövrün çox böyük inqilabı sayıla bilərdi.
“Əkinçi”nin 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görməsinə baxmayaraq xalqın milli oyanışında, milli birliyinin möhkəmləməsində böyük rol oynadı. Və özündən sonra gələn mətbuatlara bir işıq yolu oldu. Müxtəlif tənəzzül və intibah dövrləri keçən Azərbaycan mətbuatına “Əkinçi” qəzeti elə böyük töhfələr verdi ki, bu töhfə millətin aynası oldu, Azərbaycan jurnalistikasının bayraqdarına çevrildi.
“Heç olmaz ki, doğru söz yerdə qalsın” deyən Həsən bəy Zərdabi “Əkinçi” qəzetinin nəşri sayəsində milli şüurun təşəkkülünə, cəhalətə qarşı mübarizənin güclənməsinə, milli əqidəmizin təkamülünə bir təkan verən önəmli şəxsiyyət kimi adını tarixə yazdırdı.
Ölkədə ilk mətbu orqanın – “Əkinçi” qəzetinin nəşrə başladığı 22 iyul tarixi 1991-ci ildən Milli Mətbuat və Jurnalistika Günü kimi qeyd olunur.
Bu gün münasibəti ilə ölkəmizin jurnalist ictimaiyyətinə, media sahəsində çalışan hər kəsə məsuliyyətli və şərəfli işlərində yeni-yeni uğurlar arzulayır, böyük fədakarlıq tələb edən fəaliyyətinizdə tükənməz enerji və müvəffəqiyyətlər diləyirəm.

image-img-20240721-wa0013

Gülər Mübariz

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90