image-rt-reklam
image-photo_26451backend

Mahir Əliyev Naxçıvanda dəmir yolunu necə talan edib? – SENSASİON İDDİA    

image-728x90

“Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Mahir Əliyev Naxçıvandan qaçmağa hazırlaşır. Ulusal.az-a bu barədə dəmiryolunda işləyən adını açıqlanmasını istəməyən mənbə  məlumat verib. Mənbəmizin məlumatına görə  2017-ci ildən  “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru olan Mahir Əliyev külli miqdarda dövlət əmlakını talayıb.

Belə ki, Mahir Əliyev direktor təyin edildikdən sonra  istismar müddəti başa çatmamış vaqonları istismardan çıxardaraq İran İslam Respublikasına satıb. Mahir Əliyev istismardan çıxardığı vaqonları doğratdıraraq xüsusi firmalar vasitəsilə İrana satıb. Vaqonların istismar müddətinin başa çatdığı barədə saxta sənədlər tərtib edən Mahir Əliyev hətta 2012-ci ildən istismara qəbul edilən vaqonları da doğratdıraraq ölkə xaricinə satıb. Digər bir maraqlı məqam isə Mahir Əliyevin xüsusi göstərişi ilə 2017-ci ildən ara stansiyaların dəmir yol xətləri sökülüb və relslər İrana satılıb. Mahir Əliyev bu yolla dövlət büdcəsinə külli miqdarda ziyan vurub.

2017-ci ildən bu vəzifəyə təyin edilən Mahir Əliyev ilk olaraq işçilərə hava şəraitinə görə verilən 15 faizlik pul kəsib. 1700 işçisi olan “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətində kütləvi ixtisarlara başlayan Mahir Əliyev yalnız 380 işçi saxlayıb. Hal-hazırda da ixtisar aparmaq eşqinə düşən Mahir Əliyev işçilərə gecə işinə görə verilən 20 faizlik pulu da kəsib.

Mahir Əliyevin kadr islahatlarını isə ona yaxınlığı ilə seçilən Nuridə adlı xanım həyata keçirdir. Mənbəmizin sözlərinə görə heç bir diplomu olmayan Nuridə xanım ümumi şöbənin rəisidir.

Ulu öndər Heydər Əliyevin göstərişi ilə yaradılan və dəmir yollarında təhlükəsizliyi təmin edən “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin Təhlükəsizlik İdarəsi məhz Mahir Əliyev tərəfindən ləğv edilib. Onun göstərişi ilə 500 işçi ixtisar edilib. Mahir Əliyevin qanunsuz əməlləri bununla bitmir. Mənbəmizin sözlərinə görə Vətən Müharibəsi şəhidi, baş leytenant  Amin  Gülməmmədovun atası, 40 ildir ki, “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətində çalışan  Mayis Gülməmmədov da Mahir Əliyevin qəzəbinə tuş gəlib. Mahir Əliyev şəhid atasının 30 illik iş stajını ləğv edib. Mahir Əliyev şəhid atasına bildirib ki, bu stajı bərpa etmək üçün mütləq Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovdan icazə almalıdır.

Mahir Əliyev topladığı var dövlətlə özünə xanədan qurub. Mənbəmizin məlumatına görə Mahir Əliyev iş otağında özü üçün hamam kompleksi inşa etdirib.

Azərbaycan Prezidenti İlham Əliyev bu ilin iyun ayının 29-da Aşqabadda keçirilmiş Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında çıxışı zamanı qədim Azərbaycan torpağı Zəngəzurun indi türk dünyasının birləşdiricisi rolunu oynayacağını bildirdi.  Zəngəzur dəhlizi yalnız Qafqaz üçün deyil, daha geniş anlamda region üçün strateji əhəmiyyətə malik olacağını qeyd edən ölkə başçımız tezliklə bu dəhlzin açılacağını qeyd etdi.

Ali Baş Komandanımızın 44 günlük zəfərdən sonra Naxçıvana yeni bir həyat verəcək  Horadizdən Naxçıvanın Ordubad rayonuna qədər  166 kilometr uzunluğunda yeni dəmir yolu xətti çəkilir.

Amma Mahir Əliyev cəmi 5 il ərzində Naxçıvan ərazisində olan dəmiryol xətlərini və vaqonlarını talan edərək İrana satıb.

P.S. Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90