image-2000x150
image-3backend

Laçın rayonu  iqtisadi cəhətdən böyük potensiala malik bölgələrimizdəndir

image-728x90

Azərbaycan gəncliyinin inkişafına etibarlı zəmin hələ XX əsrin 70-ci illərində yaranmışdır. Ümummilli Lider Heydər Əliyevin böyük səyləri nəticəsində gənclərin təhsili, mədəni və məişət tələbatının ödənilməsi istiqamətində məqsədyönlü və ardıcıl tədbirlər görülmüşdür. Əsrin sonlarında isə xalqımızın milli azadlığı və ölkəmizin ərazi bütövlüyü uğrunda gedən mübarizədə də gənclər fəal iştirak etmiş, dövlət müstəqilliyinin əldə edilməsi üçün həyat və sağlamlıqlarını əsirgəməmişlər.

Ümummilli Lider Heydər Əliyev xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra gənclər daim dövlətin diqqət mərkəzində olmuşlar. Gənclər siyasətini tənzimləyən normativ hüquqi baza və onun həyata keçirilməsi üçün cavabdeh olan mərkəzi icra hakimiyyəti orqanı – Gənclər və İdman Nazirliyi yaradılmışdır. Gənclərin problemlərinin həlli üçün müxtəlif dövlət qurumlarının fəaliyyətlərinin əlaqələndirilməsinə, beynəlxalq təşkilatlarla əməkdaşlığa başlanmışdır. Gənclərin sağlamlığı, təhsili, məşğulluğu, sosial müdafiəsi və digər sahələrdə dövlət tərəfindən genişmiqyaslı tədbirlər həyata keçirilmişdir. Bu diqqətin bariz nümunəsi olaraq 2 Fevral Azərbaycan Gəncləri Günü elan edilmişdir. Ən əsas nəticə isə odur ki, müstəqil Azərbaycanda gənclərin maraqlarını təmin edən, beynəlxalq təcrübəyə əsaslanan dövlət gənclər siyasəti formalaşdırılıb və uğurla həyata keçirilir. Vətən savaşı bir daha onu göstərdi ki, ölkəmizin gələcəyi əmin əllərdədir. İkinci Qarabağ müharibəsi Azərbaycan gənclərində torpaq, Vətən sevgisinin sonsuz olduğunu göstərdi. Gənclərimiz həm döyüş meydanında, həm də informasiya müharibəsində vətənpərvərlik hisslərini mərdliklə nümayiş etdirdilər. Dövlət başçısı İlham Əliyevin çağırışına cavab verən gənclərimiz böyük ruh yüksəkliyi ilə silaha sarılaraq doğma torpaqlarımızı işğaldan azad etdilər. Üçrəngli dövlət bayrağımız tarixi torpağımız olan Qarabağda dalğalandırıldı. Azərbaycan əsgəri yazdığı yeni qəhrəmanlıq salnaməsi ilə xalqımızın qürurunu özünə qaytardı.

Bu il öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyət, müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə 2023-cü il Azərbaycan Respublikasında “Heydər Əliyev İli” elan edilib. Bu baxımdan Azərbaycan gənclərinin üzərinə böyük məsuliyyət düşür. Çünki Heydər Əliyev bizə gənclərin vətəndaşlıq tərbiyəsinin, mənəvi ucalığının bütün aspektlərini özündə birləşdirən bütöv bir elmi nəzəriyyə, zəngin irs qoyub getmişdir. O, gənclərin tərbiyəsində milli ənənələrin, mənəvi dəyərlərin ümumbəşəri dəyərlərlə vəhdətdə götürülməsi, bunun gənclərimizin mənəvi kodeksini təşkil etməsini, gənclərlə işin bu istiqamətdə aparılmasını tövsiyə edirdi. Ümummilli Lider milli vətənpərvərliyin Azərbaycanın hər bir vətəndaşının, hər bir gəncinin həyat prinsipinə çevrilməsini, xüsusən ölkəmizdə yeni müstəqil, hüquqi dövlət, yeni iqtisadi-siyasi sistem quruculuğu dövründə xüsusi önəm daşıdığını qeyd edirdi. Ulu Öndərin zəngin və çoxşaxəli irsini qoruyub saxlamaq hər bir Azərbaycan gəncinin şərəfli vəzifəsidir.

Ermənistanın işğalçı siyasətinin dünyada tanıdılması istiqamətində uğurlu diplomatik iş aparan Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsində düşmən üzərində qələbə çalaraq tarixi nailiyyətə imza atdı. Azərbaycan Prezidenti Qarabağ kimi çox çətin problemi həll edərək Ermənistanı, dünyadakı erməni diasporunu və onların havadarlarını diz üstə çökdürərək reallığı qəbul etməyə məcbur etdi – işğala son qoyuldu. Müzəffər Ali Baş Komandan bununla da tarixi ədaləti bərpa etdi. Ermənistan üzərində parlaq qələbə əldə edilməsi həm də İlham Əliyevin apardığı praqmatik, sistemli siyasi kursun və uzaqgörən xarici diplomatiyanın bəhrəsi idi.

Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Azərbaycan Ordusunun Qələbə salnaməsi daim xalqın yaddaşında yaşayacaqdır. Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan, Qubadlı, Şuşa və Şuşadan bir gün sonra 70-dən çox kənd, həmçinin Kəlbəcər, Ağdam və Laçın azad edildi. Bütövlükdə 300-dən çox yaşayış məntəqəsi düşməndən təmizləndi. Düşmən ordumuzun gücü qarşısında geri çəkilərək kapitulyasiya aktını imzalamağa məcbur oldu. 44 gün ərzində müntəzəm surətdə müxtəlif mənbələrdən, müxtəlif ünvanlardan böyük təzyiqlərin, təhdidlərin olmasına rəğmən Azərbaycan zəfər çaldı. Xalqımız, bütün dünya azərbaycanlıları möhtəşəm qələbəni böyük qürur hissi ilə qeyd etdi.

 

İşğaldan azad olunan digər ərazilər kimi, ən böyük rayonlarımızdan olan Laçın rayonu da ölkənin gələcək inkişafında, xüsusilə də iqtisadi sferada mühüm rol oynayacaq. Bu rolun ölkə iqtisadiyyatına töhfəsi, Laçın şəhəri həm geoiqtisadi, həm də geosiyasi, eyni zamanda regionda təhlükəsizliyin formalaşması baxımından ən mühüm yaşayış məntəqələrindəndir. Şəhərin işğaldan azad olunması Azərbaycanın müasir tarixinin ən strateji hadisələrindən hesab olunur. Bununla da regionda dayanıqlı sülhün, o cümlədən növbəti mərhələdə regional kommunikasiyaların yenidən bərpası üçün xüsusi imkanlar yaranır. Laçının tam nəzarətimizə keçməsi regionda yeni mərhələnin başlanması kimi xarakterizə olunur. Belə ki, Laçın rayonu həm də iqtisadi cəhətdən böyük potensiala malik bölgələrimizdəndir. Rayonun həm böyük turizm potensialı, həm aqrar, eləcə də sənaye sektorunda müqayisəli üstünlükləri var.

İşğaldan öncə rayonda əsas inkişaf etmiş sahə kənd təsərrüfatı, xüsusilə də heyvandarlıq idi. Bununla yanaşı, meyvəçilik, tütünçülük, üzümçülük, taxılçılıq, arıçılıq inkişaf etmiş sahələrdən hesab olunurdu. İşğaldan öncə Laçın rayonunda fəaliyyət göstərən sənaye müəssisələri daha çox xammal növlərinin emalına əsaslanmışdı. Həmçinin zəngin təbii ehtiyatlara malik olan Laçın rayonunda civə, xromit, mərmər, üzlük tikinti daşları və digər faydalı qazıntı ehtiyatları var. Qısa zamanda rayonun dağıdılan iqtisadiyyatının bərpası və Azərbaycan iqtisadiyyatına reinteqrasiyası mümkün olacaq.

Nəsimi rayon Ağsaqqallar Şurasının sədr müavini, Filologiya üzrə elmlər doktoru, professor / İmamverdi Həmidov  

 

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90