image-rt-reklam
image-backend

Laçın hava limanına ilk sınağ uçuşu həyata keçirilib

image-728x90

Son tamamlanma işləri keçirilən Laçın beynəlxalq hava limanının uçuş-eniş zolağına ilk təyyarə eniş edib. Uçuş sınağ məqsədi ilə keçirilıb.

Xatırladaq ki, Laçın Beynəlxalq Hava Limanının təməli Prezident İlham Əliyevin iştirakı ilə 2021-ci ilin avqustun 17-də qoyulub. Laçın hava limanı Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportu olacaq. Uçuş-enmə zolağının uzunluğu 3 kilometr olacaq hava limanında 6 təyyarə dayanacağının inşası nəzərdə tutulur.

Hava limanları adətən düzən ərazidə inşa edilib. Laçında isə belə yerin olmadığı üçün hava limanının inşası üçün Qorçu kəndi seçilib. Bu yerin üstünlüyü ondadır ki, Laçın şəhərinə məsafə 30 kilometrdən bir qədər çox, Kəlbəcər şəhərinə məsafə isə 60 kilometrdən bir qədər çoxdur. Eyni zamanda, Şuşa şəhərinə məsafə də 70 kilometrə yaxındır. Yəni, gələcəkdə Şuşaya təyyarə ilə getmək üçün həm Füzuli, həm də Laçın hava limanlarından istifadə etmək mümkün olacaq.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90