image-rt-reklam
image-1backend

IX “Muğam” Televiziya Müsabiqəsinə start verilir

image-728x90

Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Televiziya və Radio Verilişləri QSC və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin iştirakı ilə ərsəyə gələcək müsabiqənin maydan etibarən tamaşaçılara təqdim edilməsi nəzərdə tutulub.
Müsabiqə iştirakçıları klassik və müasir Azərbaycan şairlərinin qəzəllərini muğam şöbələri üzrə təqdim edəcək, həmçinin xalq mahnıları, təsniflər və zərb-muğamları ifa edəcəklər. Onları milli musiqi alətlərindən ibarət instrumental ansambl müşayiət edəcək. IX Muğam Televiziya Müsabiqəsinin yarışmalarının Bakıda Beynəlxalq Muğam Mərkəzində, həmçinin respublikanın müxtəlif bölgələrində keçirilməsi nəzərdə tutulur. Avqustun sonunda isə final konsertin keçirilməsi və qaliblərin mükafatlandırılması planlaşdırılır.

IX “Muğam” Televiziya Müsabiqəsində iştirak etmək istəyənlərin nəzərinə!

Yaşı 8-dən 30-dək yeniyetmə və gənclər sənədlərini Lənkəran, Bərdə, İsmayıllı, Xaçmaz, Şəki, Sabirabad və Gəncə Regional Mədəniyyət İdarələrinə, Naxçıvan MR Mədəniyyət Nazirliyinə və Azərbaycan Televiziyasına təqdim edə bilər. Yeniyetmələr 2 ədəd fotoşəkil və doğum haqqında şəhadətnamənin surətini, gənclər isə 2 ədəd fotoşəkil və şəxsiyyət vəsiqəsinin surətini təqdim etməlidirlər. Sənədlər təqdim edilərkən, əlaqə nömrəsinin yazılması mütləqdir. Sənədlər martın 1-dən aprelin 1-dək qəbul edilir. Aprelin 1-dən 30-dək respublikanın bütün bölgələrindən müsabiqədə yarışmaq üçün sənəd təqdim edən iddiaçılardan 20 nəfər gənc və 10 nəfər yeniyetmə münsiflər heyəti tərəfindən seçiləcək.

QEYD: Müsabiqənin bütün platformalarda yayım hüququ Azərbaycan Televiziya və Radio verilişləri QSC-yə məxsusdur.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90