İran prezidenti Məsud Pezeşkianın Bakıya səfəri və ardınca verdiyi bəyanatlar erməniləri qorxuya salıb. Artıq Ermənistanda anlayırlar ki, onlar meydanda tək qalıblar. Bəs ermənilərin bu qorxusunun əsas səbəbi nədir?
“Ermənistan tezliklə öz siyasi xəttini korrektə etməlidir. Bu yolla rəsmi İrəvan xilas ola bilər.”– Ulusal.az-a açıqlamasında bu fikirləri politoloq Arzuman Muradlı bildirib.
Politoloq hesab edir ki, rəsmi İrəvanın apardığı siyasət onları uçuruma aparır.
“Ermənilərin qorxuya düşməsi və əndişələnməsi başadüşüləndir. Onlar öz siyasi xəttlərini korrektə etməsələr birmənalı olaraq oyundankənar vəziyyətdə qalacaqlar. İran prezidenti Məsud Pezeşkianın Azərbaycana səfər etdiyi günlərdə ermənilər artıq çətin durumda olduqlarını anlamağa başladılar. Əsas tərəfdaşları olan İran belə onlardan üz döndərib. İndi erməni mediası iddia edir ki, onlar bilərəkdən oyundankənar qalıblar. İran prezidenti Məsud Pezeşkian Azərbaycan Dövlət Televiziyasına müsahibəsində Azərbaycana əsas ərazisini Naxçıvan bölgəsi ilə birləşdirəcək yolun tikintisinə kömək etdiyini və bu yolun Ermənistandan yan keçəcəyini planı təsdiqlədi. O, İranın Azərbaycan və onun Naxçıvan eksklavı arasında təhlükəsiz və rahat quru səyahətini təmin etmək təşəbbüsü ilə çıxış etdiyini qürurla bölüşüb. Məhz bu çıxışdan sonra ermənilərin qorxuya səbəb olmasının səbəbi bəlli oldu. Uzun müddətdir ki, Azərbaycanın təklif etdiyi şərtlərdən yan qaçan ermənilər indi anlayırlar ki, onlar bir çox layihələrdən kənar qalacaqlar”- deyə Arzuman Muradlı bildirib.
Aruman Muradlı bildirib ki, Pezeşkian müsahibəsində də etiraf etdi ki, layihə tam razılıq əsasında sürətlə irəliləyir.
” Pezeşkianın bu müsahibəsi erməni diasporunu da qəzələndirib. Əslində erməni cameəsi hesab edirdi ki, İran onların maraqlarını təmin edəcək. Ancaq Pezeşkian açıq etiraf etdi ki, artıq tikinti gedir və o, onun başa çatdırılmasında heç bir problemin olmayacaq. Pezeşkian bu yolun təkcə Azərbaycanın bəzi hissələrini birləşdirməyəcəyini, həm də Azərbaycan ilə İranın Təbriz, Ərdəbil kimi mühüm şəhərləri və Qərbi Azərbaycan kimi tanınan bölgələr arasında əlaqələri gücləndirəcəyini etiraf etdi.”– deyə Arzuman Muradlı bildirib.
“Erməni mediası iddia edir ki, İran indi bütün qonşu ölkələrlə regional əməkdaşlığa dəstək vermək əvəzinə Ermənistanın ətrafından yol tapmaqda Azərbaycana fəal şəkildə kömək edir – Ermənistan və beynəlxalq tərəfdaşlar 2020-ci il Qarabağ müharibəsindən sonra sülhə nail olacağına ümid edirdilər. İndi Ermənistan 100 milyon dollarla vəsaitdən mərhum olduğunu anlayır. Maraqlı bir statistikanı diqqətinizə çatdırım. İran və Azərbaycan ticarət dövriyyəsini 2024-cü ildəki 580 milyon dollardan növbəti beş ildə 10 milyard dollara çatdırmaq niyyətindədir. Onlar həmçinin Araz çayında torpaqların suvarılmasına və hər iki ölkəni elektrik enerjisi ilə təmin edəcək iki böyük su elektrik stansiyası kimi əsas enerji layihələrini birlikdə tikirlər. Nəqliyyat sahəsində onlar Hindistan, İran, Azərbaycan, Rusiya və Avropanı birləşdirəcək nəhəng marşrut olan Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi kimi böyük layihələr üzərində birgə işləyirlər. 2025-ci ildə başa çatdırılması planlaşdırılan yeni Rəşt-Astara dəmir yolu bu səylərin bir hissəsidir. Aydındır ki, İran beynəlxalq sanksiyalardan sağ çıxması və yeni iqtisadi imkanlar tapması üçün Azərbaycana böyük ehtiyac duyur. Və burdan etibarən Ermənistan küsür ki, “bununla Tehran regionun incə balansına və Ermənistanın da daxil olduğu ədalətli, əhatəli əməkdaşlığa məhəl qoymur. Bir sözlə ermənilərin indi xaotik vəziyyətə düşməsinin səbəbi tam neytral bir vəziyyətdə qalmalarıdır. Bunun günahkarları isə sözsüz ki, erməni xalqıdır”– deyə Arzuman Muradlı bildirib..