İsrail Müdafiə Qüvvələri bütün gücünü ən yüksək hazırlıq vəziyyətinə gətirib.
Ulusal.az xəbər verir ki, İsrail Müdafiə Qüvvələri, İDF, “Hizbullah”ın İran və ya Livanda mümkün hücumuna hazır olduğunu açıqlayıb. Lakin fövqəladə hallarda mülki əhalinin davranış qaydalarında heç bir dəyişiklik baş verməyib. Bu barədə “The Wall Street Journal” məlumat yayıb.
İsrailin Müdafiə Ordusunun sözçüsü Daniel Həqarinin sözlərinə görə, İranın İsrailə hücumu qaçılmazdır. O, ölkə ordusunun mümkün hücuma qarşı “yüksək hazırlıq” vəziyyətində olduğunu vurğulayıb.
“Son günlər biz düşmənlərimizi və Yaxın Şərqdə, xüsusilə Livan və İranda baş verən hadisələri izləyirik”, – Həcəri bildirib.