image-rt-reklam
image-1backend

İran Rusiyaya hərbi dəstəyini artırır – “Fəth-360” və “Əbabil” ballistik raketləri də göndəriləcək

image-728x90

Rusiya 2022-ci ilin fevralında Ukraynaya tammiqyaslı hücumunu başladandan bəri İranın Moskvaya ballistik raket satmağa hazırlaşdığına, yaxud artıq onu belə raketlərlə təchiz etdiyinə dair xəbərlər yayılır. Bu xəbərlərin heç birini ABŞ və Ukrayna rəsmiləri təsdiqləməyib. İranın özü Rusiyaya silah verdiyini, yaxud bunu etməyi planlaşdırdığını inkar edir.

Son məlumatlara görə, İranın yaxınmənzilli “Fəth-360” və “Əbabil” ballistik raketlərini (YMBR) Rusiyaya ixrac etməyə hazırlaşdığı və bu yöndə Rusiya ordusunun şəxsi heyətinə təlim verməyə başladığı bildirilir.

Ekspertlər belə bir addımın Rusiyanın müharibədəki mövqeyini gücləndirə biləcəyini, habelə İrana həm fayda, həm də ziyan verəcəyini deyirlər.Rusiya Şimali Koreya istehsalı olan ballistik raketlərdən istifadəyə başlayanda Moskvanın öz arsenalını doldurmaq üçün İrana üz tutacağı ilə bağlı narahatlıq qısa müddətliyinə azalmışdı.

“Ancaq döyüş meydanının nəhəng tələbi Şimali Koreyanın təchizat imkanlarını gərmiş ola bilər”, – Karneqi Beynəlxalq Sülh Fondunun təhqiqatçısı Nikol Qrayevski “Radio Svoboda”-ya açıqlamasında deyib.

Onun fikrincə, Moskva İranın ballistik raketlərinə Şimali Koreyadan asılılığını azaltmaq strategiyası kimi üz tutmuş ola bilər. Bu, Rusiyaya Pxenyanla Tehranı üz-üzə qoymaqla potensial olaraq öz strateji qazancını maksimallaşdırmaq imkanı verə bilər.

Avqustun 6-da Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun Tehrana səfəri Moskvanın İrandan raket almaq niyyətinə dair şübhələri gücləndirib.

Çoxsaylı dəlillər olsa da, Tehran Rusiyanın Ukraynaya qarşı İran dronlarından istifadə etməsi faktını hələ də danır. ABŞ və Aİ Moskvaya yardım göstərdiyi üçün İrana qarşı sanksiyalar tətbiq edib.

Qrayevski deyir ki, İran dronları texnologiya, istehsalat və əməliyyata yararlılıq baxımından Rusiya dronlarından üstündür, amma ballistik raketlər keyfiyyət deyil, kəmiyyət məsələsidir.

Onun sözlərinə görə, Rusiyanı ballistik raketlərlə təchiz etməsi İranın təkcə nüfuzunu artırmayacaq, eyni zamanda ona “Fəth-360” və “Əbabil” raketlərinin döyüş performansı ilə bağlı mühüm məlumat qazanmaq imkanı verəcək.

“Üstəlik, Rusiyada modifikasiya edilmiş istənilən versiyanın əməliyyatlarda istifadəsi İrana raketlərinin bəzi çatışmayan özəllikləri ilə bağlı kömək edə bilər”, – deyə Qrayevski bildirib.

“Fəth-360” və “Əbabil” raketləri isə RTNR-in qoyduğu 300 kilometrlik və 500 kiloqramlıq limitdən aşağıdır.

RTNR-i pozmasa da, İranın Rusiyanı ballistik raketlərlə təmin etməsi Qərb dövlətlərinin qəzəbləndirəcək. İranın raket idxal və ixracına BMT-nin qoyduğu qadağalar ötən ilin oktyabrında başa çatıb. Ancaq ABŞ və E3 dövlətləri (Britaniya, Fransa və Almaniya), eləcə də bütövlükdə Aİ İrana qarşı ballistik raket sanksiyalarının müddətini uzadıb.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90