image-2000x150
image-zaur_eliyevbackend

“İran” adı şirkət brendidir, “Amon Ra”dan… – Alim

image-728x90

“British Petroleum” şirkətinin əsası ingilis biznesmen və hüquqşünas Uilyam Noks Darsi tərəfindən qoyulub. 1901-ci ilin mayında Vilyam neft axtarışı üçün İran hökumətindən rəsmi icazə alır. Uilyam neft axtarışı üçün əsas mühəndis kimi Corc Reynoldsu işə alır.

Şirkət ilk illərində heç bir nəticə əldə edə bilmir. İxtisaslı kadrların çatışmaması, İran hökumətinin şirkətə kifayət qədər dəstək göstərməməsi, yerli əhalinin gəlmələrə qarşı pis münasibəti şirkətin maliyyə resusrlarını tükədir. 1905-ci ildə “Burmah Oil” şirkəti İranda yeni neft ehtiyatları axtarışı üçün yatırımlar edir.

Şirkətin ilk kəşf etdiyi neft yataqları 1908-ci ilin mayında İranın cənub-qərb hissəsində Məşid və Süleyman adlı neft yataqları oldu. Artıq 1909-cu ildə İngilis-Fars neft şirkəti (Anglo-Persian Oil Company) formalaşdırılmışdı. Şirkətin səhmlərinin 97%-i “Burmah Oil”ə məxsus idi. Qalan səhmlərin sahibi şirkətin birinci sədri Lord Stratkona məxsus idi.

Lakin burda yaşayan yerli azərbaycanlılar öz torpaqlarını ingilislərə vermək istəmirlər. İran hökumətinin və ingilislərin bütün təsirinə baxmayaraq, azərbaycanlılar ordan çıxmır. İngilislər çıxış yolunu Hindistandan zəhərli ilanlar gətirib həmin ərazilərə buraxmaqda görürlər. Zəhərli ilanlar qısa müddətdə yerli əhaliyə böyük itkilər verir. Uşaqların ilan sancmaları o qədər sürətlənir ki, əhali çıxış yolu kimi burdan qaçmağı seçir. 3 ay içərisində azərbaycanlılar neftli torpaqları tərk edib digər yerlərə köçürlər. İngilislər istədiklərinə çatırlar… Boş ərazidə qalan ilanları öldürmək üçün Amerikadan tonlarla “Koka-Kola” gətirib, əraziyə tökürlər.

İlanlar qısa zamanda məhv olur və beləliklə dünyanın nəhəng şirkəti – İngilis-Fars neft konsersiumu BP yaranır…

Şirkətin sonrakı genişlənməsi Birinci Dünya müharibəsindən sonrakı onillik ərzində olur. Marketinqin yeni metodları tətbiq edilmişdi, məsələn, nefti indi yeni iki qallonlu bankalarda satırdılar. İngilis-Fars neft şirkəti həmçinin İranda və İraqda öz məhsullarını istehsal edirdi. 1921-ci ildə elit hərbi süvari briqadanın rəhbəri Rza Xan (sonradan Rza Şah) İngiltərə və digər Avropa dövlətlərinin dəstəyi ilə Qacarları devirdi. 1925-ci ildə Məclis onu yeni sülalə – Pəhləvilərin ilk hökmdarı kimi tanıdı. Dövlətin adı isə İran adlanmağa başladı.

Niyə məhz İRAN?

Bəzi “tarixçi”lər bu adın qədim olduğunu yazır. Guya “İran” adı qədim əlyazmalarda, qaynaqlarda və mənbələrdə çəkilir. Hətta bəziləri bunun arilərlə bağlı olduğunu iddia edir. Guya arilər – hind-iranlılar hind-avropalıların tərkib hissəsi olduğundan, “İran” sözünün mənşəyinin “ari” sözü ilə bağlı olması məlumdur. Onlar da bunu ilk dəfə Nəqşi-Rüstəmdəki I Ərdəşirin qabartmalı yazılarında orta farscada Ērān, pəhləvicə “yrn” sözlərindən əmələ gəlməsini əsas götürərək iddia edirlər. Düzgün tərcümə və izah olmadığından, parf dilindəki yazıda kral üçün “ardašīr šāhān šāh aryān” yazılmasını arilərlə bağlayırlar.

Əslində bu ad “İran” deyil. Heç arilərlə bağlığı da yoxdur. Tarixi faktları təsdiq edən qaynaqlara nəzər saldıqda isə tamamilə fərqli bir mənzərə ilə qarşılaşırıq. Demək olar ki, səhih mənbələrdə “İran” sözünün “Arran” kimi yazıldığı qarşımıza çıxır. Bu ayrı mövzudur, geniş işlənməlidir.

Əsl sual budur: Niyə məhz İRAN adı Qacar dövlətinin yerinə adlanmağa başladı?

Böyük Britaniya 1-ci Dünya müharibəsindən sonra anladı ki, dünyanın sahibi olmaq üçün silah və neft lazımdır. Almaniya kansleri Otto fon Bismarkın 1862-ci il sentyabr ayının 30-da Almaniyanın birləşməsilə əlaqədar çıxışının başlığında istifadə etdiyi “dəmir və qan” strategiyasının nə ilə nəticələndiyini görəndən sonra ingilislər “dəmir və neft” strategiyasına qədəm qoydu. İngilis dilində “İron və oil” mənasını ifadə edən “dəmir və neft” Britaniyanın dünyaya ağalıq etməsi üçün əsas şüara çevrildi. Bu strategiyanı seçən güclər isə qədim inanclara xidmət edən gizli ordenlər idi. Onlar məhz qədim Misir allahı olan Amon-Ranı özlərinin tanrısı sayırdı. Amon-Ra bütün allahların himayədarı və fionların atası hesab edilirdi. “Qızılı günəş” deməkdir – onlar belə hesab edirlər ki, bu, Şərq inkişaf simvoludur. Onlar göydə hərəkət edən Günəşə təriflər yağdırırlar. Bu şəxslər də da buna uyğun olaraq Şərqdən Qərbə istiqaməti əsas götürüblər. Məqsəd bu yolla Günəş enerjisindən özlərinin məqsədləri üçün istifadə etmək, bu prosesi nəzarət altında saxlamaqdır. Buna görə də böyük şirkətlər qurur və adlarını qədim Misir allahlarına uyğunlaşdırırlar.

Ona görə də bu günkü İran adı Amon-Ra sözünün birləşməsindən əmələ gələn şirkət brendidir – Britaniyada, ilk olaraq Şotlandiyada yaradılan ordenin loqosunda əks edilən sözdür “Amon-Ra”. Məhz BP şirkətinin sahibləri də bu ordeninin varisləridir.

Rza şaha “Persiya” adından qətiyyətlə imtina edib, İran adı üzərində durmuşdur. Onun özü də Amon-Ra ordenin üzvü idi.

Zaur Əliyev

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90