image-rt-reklam
image-7777backend

İcra başçısı Şəhidlər Xiyabanının təmirinə ayrılmış pulun 170 min manatını mənimsəyib?

image-728x90

Son günlər Sumqayıtın icra başçısı Zakir Fərəcovla bağlı çeşidli məlumatlar yayılır. Ulusal.az xəbər verir ki, bu məlumatların böyük əksəriyyəti tender əməliyyatları və sahibkarların pullarının verilməməsi ilə bağlıdır.

Qeyd edək ki, Zakir Fərəcova qarşı irəli sürülən ittihamlardan biri Sumqayıt Dənizkənarı Bulvarının inşası zamanı yaranmış borcdur. Sahibkarlar bununla bağlı bildirirlər ki, 2016-cı ildə inşa edib, təhvil verdikləri Bulvara görə, pullarını ala bilmirlər. Bu məbləğ isə 4 milyon manata yaxındır.

Onların sözlərinə görə, tikiti zamanı ayrı-ayrı iş adamlarından aldıqları tikinti materiallarının, habelə orada çalışmış 624 fəhlənin əmək haqqısını bu günə qədər ödəyə bilməyiblər. Məsələ ilə bağlı dəfələrlə Zakir Fərəcovun yanında olsalar da, heç bir faydası olmayıb. Əksinə, icra başçısı onları həbs etdirməklə təhdid edib.

İş adamları bildirirlər ki, Sumqayıtın icra başçısı müxtəlif bəhanələrlə onların pullarını ödəməkdən imtina edir. “O bizə gah dövlətin bu işlər üçün pul ayrımadığını, bütün xərci öz cibindən çəkdiyini bildirir. Gah da deyir ki, həmin pullar başqa məqsədlərə xərcləndiyindən, onu verə bilmir. Əvvəla, Sumqayıt Dənizkənarı Bulvarının inşası üçün dövlət tərəfindən rəsmi pul ayrılıb. İkincisi, Zakir Fərəcov icra başçısıdır, yoxsa biznesmen? Onda bu qədər pul hardandır ki, Bulvar tikdirir? Bizə bu yalanları deməklə kimi nüfuzdan salmaq istəyir?”

Zakir Fərəcovun daha bir qalmaqalının üstü açılıb. Sahibkarlara istinadən xəbər verək ki, Sumqayıtın icra başçısı daha bir neçə sahibkara 170 min manat pul “atıb”. Və işin ən pis və eybəcər tərəfi odur ki, bu borc qalmaqalı hamımız üçün müqəddəs yer bildiyimiz məkanın yenidənqurulması prosesindən yaranıb.

İş adamlarından verilən xəbərə görə, 2021-ci ilin əvvəlindən etibarən Sumqayıt Şəhidlər Xiyabanından əsaslı yenidənqurma və bərpa işləri aparılıb. Bu məqsədlər dövlət büdəcəsindən vəsait də ayrılıb. Tikinti işlərinin 2021-ci ilin 8 noyabrına qədər başa çatması xahiş edilib. Yenidəqurma və abadlaşdırma işləri ilə şəxsən Zakir Fərəcov tanış olub, göstəriş verib. Bu işləri görən iş adamlarına ilk başda bir qədər pul da verib ki, onlar mal və material alsınlar.

Noyabrın 8-I bütün işlər təhvil verildikdən və açılış edildikdən sonra sahibkarlar Zakir Fərəcovla görüşərək, ondan yerdə qalan 170 min manat pulu istəyiblər. Fərəcov əvvəlcə, həmin pulu yaxın zamanlarda verəcəyi vədi ilə bağlı sahibkarların başını aldadıb. Lakin sonradan həmin məbləği ödəməkdən imtina edib. Bunu da pulunun olmaması ilə əsaslandırıb. Nəticədə, bir ildən çoxdur sahibkarlar Zakir Fərəcovun qapısında qalıb və pullarını ala bilmirlər.

Qeyd edək ki, Şəhidlər Xiyabanı hər birimiz üçün müqəddəs məkan sayılır. Həmin Xiyabanda bizim üçün, dövlətimiz üçün canlarını fəda etmiş oğullarımız yatırlar. Onların məzarlarında rahat yatması üçün görülən işlərə görə, pul qazanmaq, bu işlərə qazanc kimi baxmağa nə ad vermək olar, bunu oxucuların öhdəsinə buraxırıq.

Məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətinin də mövqeyini öyrənməyə çalışdıq. Etdiyimiz zənglərə cavab verən olmadı. Məsələ ilə əlaqədar qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.jamaz.info    

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90