image-rt-reklam
image-image_750x_652ccce2389d2backend

HƏMAS 148 əcnəbini qətlə yetirib

image-728x90

Ulusal.az xəbər verir ki, İsrail Xarici İşlər Nazirliyi oktyabrın 7-dən HƏMAS-ın hücumu nəticəsində ölən xarici vətəndaşların məlumatlarını yeniləyib.

Son məlumatlara görə, HƏMAS-ın hərəkətləri nəticəsində İsrail istisna olmaqla, digər ölkələrin 148 vətəndaşı həlak olub.

Ölən və itkin düşənlərin əksəriyyəti ABŞ vətəndaşlarıdır. İsrail Xarici İşlər Nazirliyinin məlumatına görə, 19 amerikalı həlak olub, daha 20 nəfər itkin düşmüş hesab olunur.

Dünən ABŞ Dövlət Departamenti oktyabrın 7-dən bəri ən azı 30 ABŞ vətəndaşının öldürüldüyünü, 13 nəfərin isə itkin düşdüyünü, onların girov götürüldüyü ehtimalını açıqlayıb.

Bundan başqa, Tailand və Fransanın 15, Ukrayna və Rusiyanın hər birinin 13, Böyük Britaniya və Argentinanın 8 vətəndaşı həlak olub.

Ümumilikdə otuz ölkənin vətəndaşı HƏMAS əməliyyatlarının qurbanı olub.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90