image-2000x150
image-ressambackend

Həkəri çayı sahilində salınacaq “CamperPark Həkəri” də rəssamlar üçün xüsusi iş və istirahət guşəsi ayrılacaq-FOTOLAR

image-728x90
Polşa və Almaniyada fəaliyyət göstərən, laçınlı iş adamı Rəşad Quliyevin rəhbərlik etdiyi Sevara Group Laçında, Həkəri çayı sahilində salınacaq “CamperPark Həkəri”də turistlər, eləcə də ora üz tutan yerli sakinlər üçün bir sıra əlavə tədbirlər həyata keçirməyi nəzərdə tutub.

Ulusal.az şirkətin rəhbəri Rəşad Quliyevə istinadən xəbər verir ki, bu tədbirlərdən biri sözügedən istirahət mərkəzinə üz tutacaq rəssamlar üçün planlaşdırılıb. Belə ki, “CamperPark Həkəri”yə gedəcək rəssamlar üçün xüsusi iş və istirahət guşəsi ayrılacaq:

“Bununla da həm yerli həm də xaricdən gələn rəssamlarımız istər kətan üzərində, istərsə də karavanların üzərində öz əsərlərini nümayiş etdirə biləcəklər. Molbert, fırça, yağlı boya, tempera, pastel, akvarel kimi bütün ləvazimatlarla dolu olan kapsullarda həm istirahət edə bilər həm də öz obrazlarını canlandıra biləcəklər”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90