image-2000x150
image-1677917917_1640935938_jale-ehmedova-modern_azbackend

Hacı Şahin insanların dinə baxışına yeni bir nəfəs gətirmişdi

image-728x90

Tanınmış din xadimi, ilahiyyatçı-alim, “Mənəvi Dünya” Milli-Mənəvi Dəyərlərimizin Təbliği İctimai Birliyinin təsisçisi və sədri, Qafqaz Müsəlmanları İdarəsinin Nəsimi rayonu üzrə nümayəndəsi  Hacı Şahin Həsənlinin ölüm xəbərindən çox sarsıldım. 48 yaş və acımasız ölüm… Çox təəssüf ki, bu ölüm daha bir yaxşı insanı, işıqlı bir şəxsi aramızdan apardı…

Hacı Şahin, böyük hörmət bəslədiyim şəxslərdən biri idi. İslam dininə, insanların dinə baxışına yeni bir nəfəs gətirən, həyata pozitivliyi ilə seçilən Hacı Şahin, böyükdən kiçiyə hər kəsin hörmətlə yanaşdığı, sevdiyi mükəmməl bir insan, vətənpərvər, vicdanlı, nurlu, imanlı və bütün bunlarla yanaşı savadlı alim, gözəl dost idi. Zəngin mənəviyyatı, xeyirxahlığı ilə seçilən Hacı Şahin haqqında keçmiş zamanda danışmaq nə qədər çətindir…
Hacı Şahinin ailəsinə, doğmalarına və onu sevənlərə dərin hüznlə başsağlığı verir, Hacı Şahinə Allahdan rəhmət diləyirəm. Yeri behişt olsun inşallah.

Millət vəkili Jalə Əhmədova

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90