“Bank of Georgia”nın Tbilisidəki filialında silahlı quldurluq baş verib. Ulusal.az xəbər verir ki, bu barədə
Rustavi 2 telekanalı məlumat yayıb.
Telekanal xəbər verir ki, oğurluq Pekin küçəsində baş verib. Cani maska taxaraq banka girib. Şahidlərin sözlərinə görə, o, silahlı olub. Silahlı şəxs qaçıb. Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir.
Öz növbəsində Mtavari Arkhi telekanalı xəbər verir ki, quldur pulu götürməzdən əvvəl bir neçə nəfəri girov götürüb. Oğurluqdan dəyən mümkün zərərin məbləği açıqlanmır.





















