image-rt-reklam
image-1670587074450854389_1000x669backend

Fuad Muradov: Cənubi Azərbaycanda yaşayan 40 milyonluq soydaşımızın yanındayıq

image-728x90

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi olaraq Cənubi Azərbaycanda yaşayan 40 milyonluq soydaşımızın yanındayıq. Onların bu günlərdə yaşadıqları problemlər Azərbaycan diasporunun diqqətindədir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov İstanbulda keçirilən dünya azərbaycanlı elm xadimlərinin görüşündə bildirib.

Bu gün Azərbaycan diasporunun qarşısında vacib və tarixi vəzifələrin dayandığını qeyd edən Fuad Muradov bildirib: “Diaspor Komitəsi olaraq biz dünyanın hər bir yerində bütün azərbaycanlıların əməkdaşlığını, həmrəyliyini daha yüksək səviyyəyə çatdırmalıyıq”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90