Vətənpərvərliyin tarixi kökü min illər boyu yaşamış, möhkəmlənmiş, öz ana torpağına, dilinə və adət ənənələrinə bağlanmış dövlətçilik durur. Millətin və dövlətçiliyin formalaşması şəraitində vətənpərvərlik onun inkişafının ümumimilli anlarını əks etdirən ictimai düşüncənin tərkib hissəsinə çevrilir.
Bu gün biz atılan hər addım üçün şəhidlərimizə borcluyuq. Bu, həqiqətdir. Dövlətin nə qədər gücü olsa, nə qədər silahı olsa, nə qədər düzgün hərbi əməliyyatlar planlaşdırılsa da, Qələbəni əldə edən əsgərdir, zabitdir.
Şəhidlərimizin ruhunun əbədiləşdirilməsi üçün respublika ərazisində bir sıra abidələr ucaldılır. Bəzi abidələr hərb və sülh, qəhrəmanlıq və fədakarlıq motivlərinə həsr olunub. Dünya ölkələrində olduğu kimi, Azərbaycanda da tarix boyu bu mövzuda müxtəlif abidələr yaradılıb, onların ərsəyə gətirilməsində milli xüsusiyyətlər, hərbi ənənələr, vətənpərvərlik tərbiyəsi məfhumu, aid olduğu dövrün xarakterik cəhətləri və memarlıq standartları nəzərə alınıb. Qəhrəmanlıq və fədakarlıq motivlərinə həsr olunan abidələrin arasında şəhid abidələri dövlətimiz və xalqımız üçün öz əhəmiyyətinə görə çox dəyərlidir.
Birinci Qarabağ müharibəsi, Aprel döyüşləri və 44 günlük Vətən müharibəsi zamanı torpaqlarımız naminə həyatını fəda etmiş şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi mənəvi borcumuzdur. Bu istiqamətdə dövlətimiz tərəfindən böyük işlər görülüb və görülməkdədir. Həmçinin ictimaiyyətin, müxtəlif təşkilat və qurumların şəhidlərimiz haqqında tarixi yaddaşın qorunub saxlanılması baxımından həyata keçirdikləri çoxşaxəli tədbirlər təqdirəlayiqdir. Şəhid abidələri hərbi ehtiram ənənələrini əks etdirir. Şəhid abidələri hərbi ehtiram ənənələrini əks etdirir. Abidələrdə tarixin izləri var, hər biri bugünkü və gələcək nəsillərə cəmiyyət üçün vacib olan mənəvi dəyərləri xatırladan cizgilərə malikdir. Müxtəlif məzmun tərtibatından irəli gələn kompozisiyanın adi daş, mərmər, qranit, bürünc, tunc və digər materiallarda öz əksini tapması abidələrin memarlıq əsəri kimi mədəni irsdə özünəməxsus yer tutduğunun göstəricisidir.
Bəzi abidələr hərb və sülh, qəhrəmanlıq və fədakarlıq motivlərinə həsr olunub. Dünya ölkələrində olduğu kimi, Azərbaycanda da tarix boyu bu mövzuda müxtəlif abidələr yaradılıb, onların ərsəyə gətirilməsində milli xüsusiyyətlər, hərbi ənənələr, vətənpərvərlik tərbiyəsi məfhumu, aid olduğu dövrün xarakterik cəhətləri və memarlıq standartları nəzərə alınıb. Qəhrəmanlıq və fədakarlıq motivlərinə həsr olunan abidələrin arasında şəhid abidələri dövlətimiz və xalqımız üçün öz əhəmiyyətinə görə çox dəyərlidir.
Birinci Qarabağ müharibəsi, Aprel döyüşləri və 44 günlük Vətən müharibəsi zamanı torpaqlarımız naminə həyatını fəda etmiş şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi mənəvi borcumuzdur. Bu istiqamətdə dövlətimiz tərəfindən böyük işlər görülüb və görülməkdədir. Həmçinin ictimaiyyətin, müxtəlif təşkilat və qurumların şəhidlərimiz haqqında tarixi yaddaşın qorunub saxlanılması baxımından həyata keçirdikləri çoxşaxəli tədbirlər təqdirəlayiqdir.
Ölkəmizdə elə bir şəhər, qəsəbə və ya kənd yoxdur ki, orada şəhidlərə abidələr ucaldılmasın. Bu abidələr xalqımızın şəhidlərin xatirəsinə dərin ehtiramının nümunəsidir. Hər bir şəhid abidəsi bizə Vətənin bütövlüyü və toxunulmazlığı uğrunda müharibənin ağır sınaqlarını xatırladır, dövlətə, xalqa, hərbi anda son nəfəsinədək sadiq qalmış igid oğulların şərəfli döyüş yolunun yaddaşımızda silinməz iz qoyduğunu əks etdirir. Şəhidlərimizi anmaq üçün ziyarət etdiyimiz abidələr döyüş ruhu və vətənpərvərlik əqidəsinin aşılanması nöqteyi-nəzərdən də müqəddəs məkanlardır.
Respublikamızın ərazi bütövlüyünün bərpasına və müdafiə olunmasına layiqli töhfələr vermiş, mərdlik nümunələri ilə zəngin olan döyüş yolu keçmiş Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsi və hərbi hissələrində, eləcə də şəhər və rayonlarımızda yerləşən ayrı-ayrı ünvanlarda Daxili Qoşunların komandanlığının təşəbbüsü, habelə şəhid ailələrinin müraciəti əsasında mərhum silahdaşlarımızın xatirəsinə abidələr yaradılıb. Həmin abidələrin bir hissəsi Birinci Qarabağ müharibəsindən sonra inşa olunub və son illər yenilənib, digər hissəsi isə 44 günlük Vətən müharibəsindən ötən dövr ərzində ucaldılıb. Memarlıq quruluşuna, istifadə olunmuş inşaat materiallarına, yerləşdikləri sahənin həcminə, hərbi ehtiram ənənələrindən irəli gələn elementlərin əksolunma fərqliliklərinə görə seçilən abidələrin üzərində şəhid hərbi qulluqçularımızın adları və şəkilləri həkk edilib. Qeyd edim ki, dövlət rəmzlərimizin və Daxili Qoşunların embleminin əks olunduğu bu abidələrin bir çoxunda əbədi məşəl alovlanır. Abidələrin ətrafında yaşıllıq salınıb, eləcə də geniş abadlıq işləri görülüb.
Mövcud abidələrin inşa olunmasında bu sahədə səriştəyə malik memarlar, iş icraçıları ilə yanaşı, bacarıqlı və istedadlı hərbi qulluqçularımızın da əməyi az olmayıb.
Daxili Qoşunların Baş İdarəsi və hərbi hissələrində qonaqların qarşılanması, rəsmi mərasimlərin, habelə müxtəlif tədbirlərin keçirilməsi zamanı şəhidlərin abidələri ziyarət olunaraq onların əziz xatirəsi anılır. Şəhid ailələri, qazilər və veteranlar qoşunlarda yaradılmış şəhidlərin abidələrini daim ziyarət edərkən onların xatirəsinin unudulmadığının, şəxsi heyətin qəhrəmanlıq nümunələri əsasında tərbiyə olunduğunun şahidləri kimi bundan ruhlanır, komandanlığa, bütün hərbi qulluqçularımıza minnətdarlıqlarını bildirirlər.
Rafiq Süleymanlı Namiq oğlu, Azərbaycan Dövlət Pedaqoji Universiteti