Son illərdə dünyanı narahat edən ən mühüm problemlərdən biri də enerji problemidir. Azərbaycan bu problemlə üzləşməyib, dünyanın ehtiyacı olan dövlətlərinə köməyini də əsirgəmir. Cəmi iki il əvvəl Azərbaycan Cənub Qaz Dəhlizi meqa enerji layihəsini öz tərəfdaşları ilə başa çatdırıb, Azərbaycandan Cənubi Avropaya gedən inteqrasiya edilmiş boru kəmərləri sistemini qurub. Həmin boru kəmərinin uzunluğu 3500 kilometrdir.
Təbii qaz ixracatımızın artdığını qeyd edən ölkə başçımız onu da bildirdi ki, qaz ixracatımız 2021-ci ildə 19 milyard kubmetr idisə, bu il 24 milyard kubmetrə çatacaq. Artım davam edəcək. Azərbaycanın bərpaolunan enerji mərkəzlərindən birinə çevrilməsi planları təkcə Azərbaycanın öz enerji təhlükəsizliyi ilə bağlı deyil.
Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimində çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında onu da qeyd edib ki, qısamüddətli bir layihə kimi “Masdar” və Azərbaycan Dövlət Neft Şirkəti 4 qiqavatlıq külək və günəş enerjisi stansiyalarının yaradılmasına dair razılaşma imzalanması, ortamüddətli layihələr nəticəsində güclərin 10 qiqavata qədər artırılacağını, “Masdar” ilə aparılan əməkdaşlığın Azərbaycanı yaşıl enerjinin çox mühüm ixrac mənbəyinə çevirəcəyini də səmimiyyətlə və ehtiramla qarşılayıblar…
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında dedi: “2022-ci ilin 17 dekabr tarixində Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya Gürcüstanın Qara dəniz sahilindən Rumıniyanın Qara dəniz sahilinə qədər “Qara dənizin dibi ilə elektrik kabe¬li¬nin çəkilməsinə dair” Saziş imzaladılar. Bu Saziş Avropa Komissiyası Prezidentinin şahidliyi ilə imzalanmışdır. Planımız Azərbaycandan 4 qiqavatlıq yaşıl enerjini nəql etmək imkanını yaradacaq kabeli çəkməkdir”.
Dayanıqlılıq Həftəsi dövlətləraarsı münasibətdə etbarlılığı da artırır, əlaqələri də genişlndirir…
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı





















