image-2000x150
image-irevanbackend

“Ermənistanda hakimiyyəti dəyişməsələr, çox yaxın zamanda sülh müqaviləsi imzalanacaq” -Politoloq detalları açıqladı

image-728x90

“Ermənistan Azərbaycanla sülh müqaviləsi bağlamağa məcburdur. Bunu bir neçə gün əvvəl parlamentdəki çıxışında  Nikol Paşinyan Azərbaycanın bölgədə artan rolundan danışarkən, ölkəmizin regional enerji və nəqliyyat layihələrinin kəsişməsində yerləşdiyini xatırladıb. Bununla Paşinyan etiraf edib ki, Ermənistan Azərbaycanın bölgədə artan gücü ilə hesablaşmalıdır. Onun digər etirafı isə bundan ibarətdir ki, Azərbaycanın bölgədə yeri və rolu artığına görə heç bir dövlət rəsmi Bakıya təzyiq etmir”. – bu fikirləri Ulusal-a açıqlamasında politoloq Arzuman Muradlı bildirib.

image-media-1677060887_arzuman-teze-1-2-z4v90wibp7m5ftq2luoa

Arzuman Muradlı hesab edir ki, Nikol  Paşinyan bugünkü reallıqları qəbul edir və çıxış yolları olmadığını açıq şəkildə etiraf edir.

“Nikol Paşinyan anlayır ki, iqtisadiyyatı çökmüş Ermənistanı bu vəziyyətdən çıxarmağın yolu qonşularla qurulan münasibət və iqtisadi əlaqələr düzəldə bilər. Erməni lobbisinin təzyiqlərinə baxmayaraq Nikol Paşinyan xilas yolunu düzgün tapıb. Paşinyan son çıxışlarında bunu açıq şəkildə bəyan etməklə erməni lobbisinə açıq savaş açdı. Zaman göstərəcək ki, Paşinyan bu savaşdan qalib çıxa biləcəkmi?” -deyə politoloq bildirib.

“Rusiya və İran Azərbaycanın Ermənistandan güclü olmasını və Azərbaycanın Qarabağa bütövlükdə nəzarət etməsini istəmir. Bu iki ölkədən müxtəlif formalarda təzyiqlərlə üzləşsək də, nəticə vermir. Biz doğru bildiyimiz yolumuza davam edirik, həm Ermənistanla təmas xəttində möhkəmlənirik, həm də Qarabağın tamamına nəzarət etmək siyasətimizi davam etdiririk. Paşinyan bunu anlayır və Türkiyə Azərbaycanla yaxınlaşmağın vacib olduğunu anlayır. Hesab edirəm ki, yaxın zamanda sülh müqaviləsi bağlana bilər. Əgər regional güclər Ermənistanda hakimiyyəti dəyişməsələr, çox yaxın zamanda bu müqavilə imzalanacaq” -deyə Arzuman Muradlı əlavə edib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90