image-2000x150
image-media-eliyev-pasinyan-b3t9m8gas2p1v6f7ojrq-620x460backend

Ermənistan üçün son tarix: Bunu etməsələr…

image-728x90

Artıq Ermənistanda gələcək üçün ümidsizliyə qapılırlar. Belə ki, erməni deputat Arman Tatoyan erməni mediasına açıqlamasında bildirib ki, artıq İrəvana bəlli bir tarix verilib.

“Rəsmi İrəvan bunu açıqlamasa da reallıq budur ki, Qərb , həmçinin ABŞ Ermənistana sülh üçün son şansı verib. Qərb daha çox da ABŞ rəsmi İrəvanı məcbur edir ki, tezliklə sülh müqaviləsi bağlasın. Əgər Ermənistan imtina etsə nə baş verəcək? Bu çox düşündürücü məqamdır. Artıq biz Rusiyadan imtina etmişik. Qərbdən də imtina etsək,aqibətimiz naməlum olacaq” – deyə Tatoyan bildirib.
Görünən isə odur ki, erməni cəmiyyəti indi onları nə gözlədiyini bilirlər.
Əgər Ermənistan sülh müqaviləsini imzalamaq üçün vaxtı uzatsa onları hansı cəza gözləyir?
Maraqlı məqam ondan ibarətdir ki, Arman Tatoyan hesab edir ki, o zaman Zəngəzur yolunu Azərbaycan güc yolu ilə açacaq.
Bir sözlə zaman Azərbaycanın xeyrinə işləyir.
Burada bir neçə incə məqam var.
1. Ermənilər son 30 ildə ilk dəfə tək qaldıqlarını etiraf edirlər. Artıq erməni cəmiyyəti anlayır ki, bütün yollar sülhdən keçir.
2. Rəsmi İrəvan artıq Parisin diktəsi ilə hərəkətin çətin olduğunu anlayır və Fransanın çətiri altında qalmağın faydasız olduğunu qəbul edir.
3. Artıq dünyadakı erməni lobbilərinin şantaj siyasəti Paşinyan komandasına təsir etmir.
4. Rəsmi İrəvan anlayır ki, Qərb və ABŞ artıq bütün məsələlərdə Cənubi Qafqazda yalnız Azərbaycanla hesablaşır.
Bütün bu sadaladıqlarım onu deməyə əsas verir ki, rəsmi İrəvan üçün son tarix Azərbaycan prezidenti İlham Əliyev və ABŞ dövlət katibi Entoni Blinkenin telefon danışığı zamanı müzakirə olunub. Erməni mediası iddia edir ki, son tarix iyunun 1- dir.
“Hraparak” nəşri yazır ki, Ermənistan bu tarixə qədər bütün tələbləri yerinə yetirməlidir.

Əgər bu baş verməsə Qərb və ABŞ ermənilərə başqa şans verməyəcək.

Bir sözlə artıq ermənilərdən hər kəs qurtulmağa çalışır. Bunu artıq Ermənistanda da başa düşürlər.

Qoşqar Salmanlı

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90