image-rt-reklam
image-vardanyannbackend

Ermənilər Vardanyana inanmır – mitinqin ləğv edilməsinin sirri

image-728x90

Ermənilər Qarabağdakı separatçı-terrorçu rejimin qondarma “dövlət naziri” Ruben Vardanyandan narazıdır.

Vardanyan erməni əhaliyə tez-tez yalan danışır.

“Vardanyan Paşinyanı təqlid edir, insanlara şad xəbərlər verir, populist addımlar atır. Artıq bir çox insan ondan qıcıqlanır, onlar hesab edirlər ki, Vardanyanın tez-tez yanlış açıqlamalar verməsi vəziyyəti gərginləşdirir”, – “Hraparak” nəşri yazır.

Nəşr xatırladır ki, R.Vardanyan bir neçə gün əvvəl qaz təchizatının bərpa edilməsi haqda danışarkən böyük yalan danışıb: “O bildirdi ki, günün sonuna qədər yol açıla bilər. Sonra mitinqlə bağlı populist çıxışlar etdi. Əvvəlcə mitinq təyin etdi, daha sonra canlı yayım açaraq bildirdi ki, insanlarla görüşlər keçirəcək”.

Qarabağdakı mənbələr nəşrə məlumat veriblər ki, Vardanyanın mitinq qərarını ləğv etməsi daha az adamın iştirakı ilə bağlı olub.

“Ona deyiblər ki, yanacaq problemi var, insanlar ehtiyat benzini mitinq üçün istifadə etməyəcək, göstəriş naminə mitinq keçirməyin mənası yoxdur. Digər tərəfdən, rusların da bu mitinqə qarşı olduğu məlumatları var. Ona görə də Vardanyan camaatla görüşmək qərarına gəldi”, – nəşr yazır.

Asif

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90