image-2000x150
image-55backend

Ermənilər rusları da arxadan vuracaqlar – Kasanı dolduran son damla

image-728x90

“Düşünürəm ki, bu çox böyük bir ambisiya, çox byük bir meydan oxumadır. Kimə güvənirlər? Görünür, daha öncə aldıqları dəstəyə arxalanırlar”.

Bu sözləri Publika.az-a açıqlamasında Azərbaycanın Qarabağ bölgəsində qondarma rejimin keçirdiyi “prezident seçkiləri” çərçivəsində danışan terror və təhlükəsizlik məsələləri üzrə türkiyəli ekspert Abdullah Ağar deyib. O bildirib ki, düşmən tərəf bir növ Azərbaycanın əsəblərini, həssaslığı, iradəsi və qətiyyətni sınaqdan keçirir.

“İndi Ermənistan çox böyük və çox təhlükəli oyun oynayır. Azərbaycan tərəfi bu qondarma prezident seçkilərinə lazımi reaksiyanı göstərə bilməsə, bu, “fait accompli”, “oldu-bitdi” situasiyası yaratmış olacaq. Sözdə “Artsax”, sözdə “Stepanakert” var demiş olacaq. Bu, əslində Azərbaycana, beynəlxalq hüquqa, həm ədalətə, həm də Rusiyaya və bu məsələdə iştirak edən ölkələrə meydan oxumaqdır. Amma bu ölkələrin bəziləri açıq-aşkar Ermənistanı dəstəkləyir. Problem də budur. Əks halda, bu ölkələrin icazəsi və dəstəyi olmadan Ermənistanın belə bir ambisiyaya qapılması və belə bir “fait accompli” üzərinə getməsi mümkün deyil”.

Ekspert qeyd edib ki, Ermənistana dəstək verən ölkələr Azərbaycana qarşı plan qururlar:

“Bu bizə başqa bir şeyi xatırladır. Ermənistan vasitəsilə sui-qəsd qururlar. Bu barədə çox diqqətli olmaq lazımdır. Azərbaycanın indi bu məsələni həmişəlik həll etməsinə ehtiyac var. Çünki onların etdikləri bu hərəkət fincanı daşıran son damladır. Bu, əsas reallıq kimi qarşımızda dayanır. Yəni onun aradan qaldırılması birbaşa Azərbaycanın suverenliyi və ərazi bütövlüyü ilə bağlı məsələdir. Ona görə də xahiş edirəm bunu sadə məsələ kimi qəbul etməyin. Son dərəcə əhəmiyyətli bir məsələdir. Yəni bu Azərbaycanın torpaqlarında, suveren ərazilərində, unitar nizamında çat, uçurum yaratmaq aktıdır. İndi bunu niyə etdilər? Ya böyük bir bədbəxtlik və qəflət içindədirlər, ya da çox incə, çirkin bir vəziyyətdədirlər. Onların etdikləri göz qabağındadır, ambisiyalarından əl çəkməyiblər. Onlar Qarabağ müharibəsindən sonra heç vaxt öz ambisiyalarından əl çəkməyiblər. Silah, texnika, sursat daşıdılar, terrorçuları daşıdılar, əsgər apardılar, xalqı silahlandırdılar. Onlar gizli təşkilat, rəğbət və milis təşkilatı yaratdılar. İndi açıq-aydın görünür ki, orada terror strukturu var. Buna artıq son qoyulmalıdır”.

Abdullah Ağarın sözlərinə görə, ermənilərin planları sadəcə düşmənçilikdən ibarət deyil:

“Onlar rusların arxasında gizlənib, bir şəkildə rusları da arxadan vura biləcək bir münasibət qururlar. Ruslardan istifadə etməyə çalışırlar. Belə bir şey real dünyada mövcud deyil. Digər tərəfdən insani dram adı altında insanlığı da istismar edirlər. Yəni sivillərin içində, arxasında gizləniblər. Baxdığımız zaman əsas foto budur. Bu, çox ikitərəfli, çox təhlükəli bir münasibətdir. Bir tərəfdən Azərbaycanın bütün ərazisini tanıdıqlarını deyirlər, digər tərəfdən də belə şeylər edirlər. Bu problemi daimi həll etmək lazımdır. Bu, təkcə Ermənistanın gizli fəaliyyəti və düşmənçiliyi deyil. Bu həm də başqa ölkələrdə istifadə etmək meylinin olması və bunu edərkən də “fincançı qatırı” kimi hər yeri aşıra-aşıra gəzməsidir. Bu, əslində bir meydan oxumadır. Deməli, bu mənada onların əslində etdikləri Rusiyaya, ABŞ-a və Fransaya qarşı hərəkatdır”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90