image-rt-reklam
image-1backend

Ərdoğanın bu sözləri erməniləri dəli etdi: Nə qədər ki…

image-728x90

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın parlamentdəki hakim “Ədalət və İnkişaf” fraksiyasının üzvləri qarşısında çıxışı zamanı dedikləri ermənilərdə şok effekti yaradıb.

Ərdoğan çıxışı zamanı bildirib ki, əvvəllər Qarabağ müharibəsi zamanı Ermənistanın yaşadığı məyusluq Yaxın Şərqdəki münaqişədə İsraili də gözləyir.

“İllərcə torpaqlarımıza sahib olmaq arzusunda olan Ermənistan Qarabağ müharibəsindən dərs aldı və yerinə oturdu. İsrail də məyusluq yaşayacaq. Nə qədər ki, biz 85 milyon insan birik, bizi heç kim sındıra bilməz.

Ona görə də güclü və müasir ordu bizim üçün zərurətdir”, – deyə Ərdoğan vurğulayıb.

Ərdoğanın bu sözləri erməniləri sözün əsl mənasında dəli edib. Ermənistan mətbuatı Ərdoğanın fikirlərini yayaraq, müxtəlif şərhlər yazırlar.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90