image-2000x150
image-elmarmemmedbackend

Elmar Məmmədyarov: “Ermənilər ya məcburi, ya da könüllü qərar qəbul edəcəklər”

image-728x90

“Cənab Prezident İlham Əliyev ötən gün tam şəkildə, dəqiq məsələni qoydu. Çünki ağılasığmaz məsələdir ki, Azərbaycanın suveren torpağında Azərbaycan hökumətini tanımayan kimsə yaşayır. Əlbəttə ki, bu, düzgün deyil. Buna görə də cənab Prezident açıq mesaj verdi ki, Qarabağda yaşayan erməni əhalisi ya birmənalı olaraq Azərbaycan vətəndaşlığını qəbul etsin, qəbul etmirsə, onda onları qəbul edən başqa ölkəyə köçmələri çətin bir şey deyil. Bu istiqamətdə iş aparılır. Kim Azərbaycan vətəndaşlığını qəbul edirsə, qalsın, qəbul etmirsə, onda gərək torpaqlarımızdan çıxsın. Bilmirəm, ya məcburi, ya könüllü, əvvəl-axır özləri qərar qəbul edəcəklər. Dövlət başçısı da səsləndirdi ki, Azərbaycan hökuməti bu istiqamətdə işini görəcək”.

Bu sözləri Pravda.az-a müsahibəsində Azərbaycanın sabiq xarici işlər naziri Elmar Məmmədyarov deyib.

E.Məmmədyarov Ermənistanın son vaxtlar törətdiyi təxribatların arxasında üçüncü dövlətlərin də əlinin olması iddialarına isə belə münasibət bildirib: ““Üçüncü dövlətlər” deyəndə bilmirəm kim nəzərdə tutulur. Amma bu, hamı üçün bəllidir. Ümumiyyətlə, Azərbaycan müstəqil ölkədirsə, Azərbaycanın suveren torpaqlarında Azərbaycan qanunları işləməlidir. Üçüncü ölkələrin Azərbaycanda nə işi var?”

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90